Müdafiə Sənayesi Nazirliyinin XIV Asiya Müdafiə Xidmətləri Sərgisində nümayiş etdirdiyi məmulatlar bюyük maraqla qarşılanmışdır

 

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) nümayiş etdirilmişdir.

MSN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Malayziyada səfərdə olmuşdur.

 Dünyanın ən bюyük beş müdafiə sənayesi sərgisindən biri olan “DSA-2014”-də Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı məmulatla təmsil olunmuşdur.

Müdafiə Sənayesi Nazirliyi bu sərgidə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “İstiqlal”, “Mübariz”, “Yalquzaq” snayper tüfənglərini, tank və zirehli texnikalar üçün pulemyotu, hücum pulemyotunu, ilk dəfə olaraq universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və “İnam”  tapançalarını, pilotsuz uçuş aparatlarını, aviasiya təlim bombasını, müxtəlif çaplı sursatları,  əleyhqazları və s. məmulatları nümayiş etdirmişdir.

Bu məmulatlar sərginin iştirakçıları və qonaq qismində iştirak edən юlkələrin nümayəndə heyətləri tərəfindən bюyük maraqla qarşılanmışdır.

MSN-in stendində cari ilin sentyabrında Bakıda keçiriləcək “ADEX-2014”  Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin təqdimatı da keçirilmişdir.

“DSA-2014” sərgisinin açılışından sonra iştirakçı və bu tədbirə  qonaq qismində qatılan юlkələrin nümayəndələri MSN-in stendini ziyarət etmişlər. Nümayiş etdirilən məmulatlar barədə nazirliyin  mütəxəssisləri ziyarətçilərə geniş məlumat vermişlər. Sərgi zamanı Azərbaycanda keçiriləcək “ADEX-2014” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə bağlı da ətrafı məlumat verilmiş və dəvətlər çatdırılmışdır.

Səfər çərçivəsində nazir Yavər Camalovun MSN-in stendini ziyarət edən Malayziyanın müdafiə naziri Hişammuddin Tun Hüseyni və Türkiyənin müdafiə nazirinin müavini Hasan Kamal Yardımçı, Əmniyyət Baş İdarəsinin rəhbəri Mehmet Kılınclar, Pakistanın bюyük müdafiə şirkətlərindən olan GİDS Korporasiyası idarə heyətinin sədri Zübeyir İqbal Malikin və Tailandın Müdafiə Nazirliyinin rəsmiləri ilə gюrüşləri olmuşdur. 

Gюrüşlərdə müdafiə sənayesi üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinə dair ümumi razılıq əldə olunmuşdur. Eyni zamanda, gюrüş iştirakçıları sentyabrda Bakıda keçiriləcək “ADEX-2014” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə dəvət edilmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında