Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransında ənənəvi və internet medianın fəaliyyətindəki yeniliklər barədə müzakirələr aparılmışdır

İspaniyanın paytaxtı Madriddə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Yeni tərəfdaşlıqlar və əməkdaşlıqlar üçün xəbər məzmunu” mövzusunda növbəti konfransı aprelin 9-da öz işini davam etdirmişdir. Xəbər agentlikləri rəhbərlərinin qatıldığı konfransda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov iştirak etmişdir.

Konfransın birinci iş gününün sonuncu hissəsində Belçikanın BELGA agentliyi özünün xəbər və kontent ekosistemi, Norveçin NTB agentliyi canlı multimedia və videoxəbər təcrübəsi, Globallynx şirkəti media təşkilatları ilə universitetlər arasında əlaqə qurmaq üçün yeni sistemlər və Türkiyənin Anadolu Xəbər Agentliyi sosial mediada tətbiq etdikləri yeni proqramlar barədə təqdimatlarla çıxış etmişlər.

Təqdimatlarda xəbər agentliklərində tətbiq olunan texnologiyalar, videoxəbərlərin yayımındakı son nailiyyətlər barədə ətraflı məlumat verilmiş, həmçinin rəqəmsal medianın sürətli inkişafı fonunda ənənəvi mətbuatın qarşılaşdığı problemlərdən danışılmışdır.

 

EANA-nın prezidenti Piter Kropş konfransın yüksək səviyyədə təşkilinə görə İspaniyanın EFE Agentliyinə təşəkkürünü bildirmişdir.

Sonra konfrans iştirakçıları EFE xəbər agentliyinin yaranmasının 75 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak etmişlər.

Aprelin 10-da “MINDS İnternational” təşkilatının 17-ci konfransı keçirilmişdir. Konfransda EANA-nın üzvü olan agentliklərin rəhbərləri iştirak etmişlər.

Böyük Britaniyanın “Press Association” agentliyinin Baş direktoru Kliv Marşal və Avstriyanın APA agentliyinin nümayəndəsi Volfqanq Nedomanski multimedia, internet jurnalistikası və sosial medianın qlobal problemlərinə həsr olunmuş tədbiri açaraq, konfransın əhəmiyyətindən danışmışlar.

Sonra konfrans işini panel iclasları ilə davam etdirmişdir.

ABŞ-ın “Associated Press” agentliyinin vitse-prezidenti Jim Kennedi məruzə etmişdir. O, əsasən yeni innovasiyaların tətbiqi, onlardan istifadənin perspektivləri və bütövlükdə internet jurnalistikasının ənənəvi media ilə qarşılıqlı əlaqələrini ətraflı şərh etmişdir.

DPA agentliyini nümayəndəsi Meinolf Ellers isə jurnalistikada və xəbər agentliklərində baş verən transformasiyalardan söz açmışdır.

Panel iclaslarında ənənəvi, sosial və internet mediasının bu günü və gələcəyi barədə ətraflı müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

“MINDS İnternational” aparıcı xəbər agentliklərinin qlobal şəbəkəsidir. Onun əsas məqsədi üzvlər arasında yeni rəqəmsal medianın problemləri və innovativ texnologiyaların tətbiqi barədə təcrübə mübadiləsinin təşviqidir.

Həmin gün Avropanın xəbər agentliklərinin rəhbərləri İspaniyanın EFE agentliyinin yeni binasında yaradılmış şəraitlə tanış olmuşlar. Qonaqlara agentliyin strukturu, iş prinsipi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, xəbər istehsalında innovativ texnologiyaların tətbiqi və sosial şəbəkələrlə əməkdaşlığın qurulması təcrübəsi barədə ətraflı məlumat verilmişdir.

Agentlik rəhbərləri EFE-nin yeni binasında yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.

 Aygün ƏLİYEVA

AzərTAc-ın xüsusi müxbiri

Madrid

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında