Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaninin dəvəti ilə aprelin 9-da İrana rəsmi səfəri yerli mətbuatın diqqət mərkəzindədir.

İranın rəsmi İRNA agentliyi və “İRİBNews” televiziya kanalı dövlətimizin başçısının “Mehrabad” hava limanında bu ölkənin rəsmiləri tərəfindən qarşılanması, “Səadabad” sarayında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi, həmkarı Həsən Ruhani ilə görüşü və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında üç anlaşma memorandumu və bir sazişin imzalanması mərasimindən geniş xəbər və reportajlar vermişlər.

Xəbərlərdə dövlət başçılarının ikitərəfli əlaqələrin perspektivləri ilə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi apardıqları vurğulanır. Azərbaycan Prezidentinin İrana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacağı da qeyd edilir.

“Aftabnews” və" Bultannews" internet qəzetlərində yer almış xəbərlərdə də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış sənədlərdən söhbət açılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri qonşu ölkənin “Mehr”  və “Fars” xəbər agentlikləri, “Tehran Times” və digər mətbuat orqanları tərəfindən də geniş şəkildə işıqlandırılmışdır. Dövlətimizin başçısının Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin zəruriliyinə dair bəyanatı bütün mətbuat orqanlarında yer almışdır.

İran Prezidenti Həsən Ruhaninin isə “regiondakı problemlərin, o cümlədən Qarabağ məsələsinin beynəlxalq normalar və ədalət çərçivəsində həll olunmasına var gücümüzlə hazırıq və regionda coğrafi sərhədlərin dəyişdirilməsi qəbul edilməzdir” sözləri rəsmi Tehranın mühüm bəyanatı kimi verilmişdir.

KİV-lərdə mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi və iki ölkənin vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılması üçün lazımi işlər görüləcəyinə, habelə Xəzər dənizinin hüquqi statusu sahəsində görüləcək işlərə dair dövlət başçılarının fikir mübadiləsi apardıqları da bildirilir.

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında