Səmərəli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır

 

Aprelin 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə MDB-nin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargahı Rəisləri Komitəsinin Bakıda keçirilən iclasında iştirak edən nümayəndələrlə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, regionda ümumi vəziyyətin təhlili və əməkdaşlığın müzakirəsi baxımından belə görüşlərin əhəmiyyətini vurğulayan Baş nazir Artur Rasizadə, daha sonra Azərbaycanda mövcud iqtisadi-siyasi durum barədə qonaqlara məlumat vermiş, onları həyata keçirilən enerji, nəqliyyat və digər irimiqyaslı regional layihələrin icrası ilə tanış etmişdir. Bununla yanaşı, xalqımız üçün ən ağrılı problem kimi həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Artur Rasizadə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunduğunu, soydaşlarımızın yurd-yuvasından didərgin düşdüyünü, münaqişə zonasında sosial-mədəni obyektlərin və infrastrukturun tamamilə dağıdıldığını bir daha xatırlatmışdır. Baş nazir bölgədə sülhün, əmin-amanlığın bərqərar olması naminə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, respublikamızın ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ olmadığını vurğulamışdır.

Nümayəndə heyətinin yekdil rəyini ifadə edərək respublikamızın və onun paytaxtının son illər böyük sıçrayışla inkişaf etdiyinin şahidi olduqlarını qeyd edən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, Rusiya Federasiyası Silahlı  Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov komitənin iclasında müzakirə olunan məsələlər və imzalanan sənədlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacib olması fikrini dəstəkləyən Valeri Gerasimov çıxışının sonunda səmimi qəbula və Bakı toplantısının yüksək səviyyədə təşkilinə görə respublika rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Görüşdə səmərəli hərbi əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında