Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələri arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır

 

 

Aprelin 2-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, qədim tarixi köklərə və qardaşlıq ənənələrinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrindən söz açan Baş nazir Artur Rasizadə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə sıx münasibətlərin mövcudluğunu məmnunluqla xatırlatmışdır. Baş nazir əmin olduğunu  bildirmişdir ki, dost və qardaş ölkənin Müdafiə Nazirliyinin nüfuzlu nümayəndə heyətinin Azərbaycan səfəri hərbi sahədə də əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Azərbaycanda Milli Ordu quruculuğuna və onun modenrləşməsinə Türkiyə Respublikasının hər zaman fəal yardım etdiyini minnətdarlıqla xatırladan Baş nazir Artur Rasizadə, bundan sonra da əlaqələrimizin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu qeyd etmişdir. Regionda sülhə təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət gedərkən, Necdet Özel Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və problemin yalnız beynəlxalq hüququn çərçivəsində, ərazi bütövlüyü  və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyini bir daha vurğulamışdır.

Görüşdə Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında əlaqələrin perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında