Ceyhun BAYRAMOV: Azərbaycan və İraq diplomların qarşılıqlı tanınması işini aktivləşdirir

 

Azərbaycan və İraq ali təhsil diplomlarının tanınması sahəsində işi sürətləndirmək niyyətindədirlər. Trend bildirir ki, bu barədə çərşənbə günü təhsil nazirinin müavini Ceyhun Bayramov ticarət, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında məlumat vermişdir.

C.Bayramov demişdir ki, iraqlı tələbələr Azərbaycanda neft, energetika, humanitar, tibbi ixtisaslar üzrə təhsil almağa maraq göstərirlər. Eyni zamanda, onlar Vətənə qayıdanda çətinliklərlə üzləşirlər.

Nazir müavininin sözlərinə görə, bu çətinliklər İraqda Azərbaycanın ali məktəblərinin diplomlarının tanınması problemi və qanunvericiliyin xüsusiyyətləri ilə bağlıdır: “Dünən bu məsələ ikitərəfli işçi qrupu səviyyəsində müzakirə edilmiş və biz bu sahədə İraqın profilli nazirlik və idarələri ilə daimi əlaqələrin qurulması barədə razılığa gəlmişik. Əminəm ki, bu iş öz bəhrəsini verir və bütün problemlər yaxın vaxtlarda aradan qaldırılacaq”.

Öz növbəsində, İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrak bu sahədə mövcud olan başqa xüsusiyyətləri qeyd etmişdir.

Diplomatın sözlərinə görə, Azərbaycanda iraqlı tələbələrin üzləşdikləri problemlərdən biri onların aldıqları vizaların müddətinin qısa olması, mənzil tapmaqla bağlı problemlər, eləcə də onların ölkə ərazisində olmalarının qeydiyyatı məsələsidir. Əl-Barrak gələcəkdə bu məsələlərin həll olunacağına, eləcə də təhsil və elm sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafına ümidvar olduğunu vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında