Azərbaycan ilə Belarus arasında əlaqələrin daha intensiv xarakter alması üçün böyük imkanlar vardır

 

Noyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Belarus Respublikasının Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, səmimi şəraitdə keçən görüşdə hər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu və münasibətlərimizin daha intensiv xarakter alması üçün böyük imkanların mövcudluğu vurğulanmışdır.

Bakıda keçirilən Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının səkkizinci iclası barədə Baş nazirə ətraflı məlumat verilərək bildirilmişdir ki, iclasda son illər yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir çox sahələr üzrə, o cümlədən maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq imkanları geniş müzakirə olunmuşdur.

Gəncə avtomobil zavodunda həyata keçirilən birgə layihənin səmərəli nəticələrini məmnunluqla qeyd edən tərəflər, xüsusən qeyri-neft sektorunda əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün mütəmadi məsləhətləşmələrin, təcrübə mübadiləsinin zəruriliyini vurğulamışlar.

Görüşə yekun vuran Baş nazir Artur Rasizadə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclasında qaldırılan məsələlərin diqqətlə öyrənilməsi və gələcək fəaliyyətdə nəzərə alınması üçün müvafiq tapşırıqlar vermişdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında