“Seçki Azərbaycan Respublikası vətəndaşlarının iradəsini ifadə edib”

 

Dünən “Həyat Recens”in “Naxçıvan” zalında Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzi Azərbaycanda keçirilmiş prezident seçkilərində apardıqları müşahidələrin nəticələri ilə bağlı mətbuat konfransı keçirdi. Mərkəzin nümayəndəsi Tia Kitrusk bildirdi ki, təmsil etdiyi beynəlxalq müşahidəçilər missiyasının tərkibinə Avropa ölkələri parlamentlərinin deputatları, hüquqşünaslar, sosioloqlar, ABŞ, Avropa İttifaqı ölkələri və İsraildən olan jurnalistlər daxildir.

Onun sözlərinə görə, tərkibində təcrübəli ekspertlərin cəmləşdiyi təşkilat Azərbaycanın Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçərək oktyabrın 6-da fəaliyyətə başlayıb. İndiyədək dünyanın və MDB-nin bir sıra ölkələrində - Ukraynada, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda, Moldovada, İsraildə, İspaniyada və ABŞ-da müxtəlif seçkiləri müşahidə ediblər. Azərbaycanda prezident seçkilərini paytaxda və respublikanın ayrı-ayrı rayonlarındakı 100-dən çox seçki məntəqəsində izləyiblər. Bakıdakı və regionlardakı məntəqələr yaxşı təchizata malik olub, videokameralarla, kompyuterlə təmin ediliblər.

Xanım müşahidəçi bildirdi ki, Azərbaycandakı seçki məntəqələrində işin təşkili dünyada qəbul edilmiş demokratik normalara tam cavab verib. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilərin işləməsi üçün heç bir maneə yaradılmayıb. Məntəqə komissiyalarının üzvləri və rəhbərləri seçki müddətində qanunları yüksək səviyyədə bildiklərini və onları praktikada həyata keçirdiklərini nümayiş etdiriblər. Səsvermə müddətində müşahidə missiyası seçicilər tərəfindən Azərbaycan Respublikasının seçki qanunlarının pozulması ilə bağlı heç bir nöqsan aşkarlamayıb. Məntəqələrdə təşviqat, təxribata cəhd halları qeydə alınmayıb. Polislərin seçkiyə müdaxiləsi olmayıb, onlar qanunauyğun olaraq məntəqələrdən 100 metr aralıda dayanıblar.

Eyni zamanda, seçicilərə öz iradələrini azad şəkildə ifadə etmək, gizli səs vermək üçün hər cür şərait yaradılıb. Seçicilərin sənədlərinin yoxlanması, onlara bülletenlərin verilməsi tam qanunlara uyğun şəkildə həll edilib. Ailə üzvlərinin əvəzinə səs vermək halı qeydə alınmayıb. Səslərin sayılması və protokolların tərtib olunması proseduru da olduqca təşkilatlanmış qaydada, dəqiq və şəffaf şəkildə, seçki haqqında qanunauyğun həyata keçrilib.

Apardığı bütün bu müşahidələrə əsasən Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzi 9 oktyabrda keçirilmiş prezident seçkilərini qanunlara uyğun baş tutmuş hesab edir. Seçkilər Avropa və beynəlxalq standartlara müvafiq olaraq şəffaf və demokratik keçirilib. Seçki Azərbaycan Respublikası vətəndaşlarının iradəsini ifadə edib. Hesab etmək olar ki, Azərbaycan xalqı öz seçimini edib.

Paşa ƏMİRCANOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında