Hakimiyyət “Azadlıq”ın dalğalarının vurulması xəbərini təkzib edir

 

“Azərbaycan hakimiyyəti televiziya və radioların fəaliyyətinə mane olmur, onların yayımlandığı dalğalara müdaxilə etmir, dalğaları vurmur”. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 8-də “Media forum” saytına açıqlamasında belə demişdir.

Əli Həsənov vurğulamışdır ki, Azərbaycan hakimiyyəti “Azadlıq” radiosunun televiziya variantının yayımına müdaxilə etməyib və radio, həmçinin onun televiziya proqramı fasiləsiz olaraq yayımlanır: “Azadlıq” radiosu istədiyi dalğada gecə-gündüz informasiya yayır. Baxmayaraq ki, bu informasiyaların əksəriyyəti səhv, əsassız, obyektivlikdən və radionun missiyasından uzaqdır, Azərbaycan hakimiyyəti “Azadlıq” radiosuna, onun qanun çərçivəsində olan fəaliyyətinə mane olmağı planlaşdırmır. İndiyədək belə bir fikirdə olmamışıq və bundan sonra da olmayacağıq. Ona görə də “Azadlıq” radiosunun dalğalarının vurulması haqqında deyilənləri təkzib edirik".

Qeyd edək ki, iyun ayında “Azadlıq” radiosunun rəhbərliyi radionun “Fərqli xəbərlər” həftəlik televiziya proqramının peyk yayımına müdaxilələrin olduğu, bunun aprelin sonlarından başlandığı və bəzi müdaxilələrin ABŞ-ın Beynəlxalq Yayım Bürosunun mühəndisləri tərəfindən qeydə alınaraq sənədləşdirildiyi haqqında məlumatlar yaymışdır.

 İyulda ABŞ-ın Bakıdakı səfirliyi bildirmişdir ki, səfirlik məsələni “Azadlıq” radiosu və Azərbaycan hökuməti ilə müzakirə edir. Bunun ardınca ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell də Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, məsələ ilə bağlı “Azadlıq” radiosu və Azərbaycan rəhbərliyi ilə müzakirələr aparılır.

“Azadlığ”ın “Fərqli xəbərlər” həftəlik televiziya proqramı 2012-ci ilin noyabrından hər bazar günü Türkiyənin “TürkSat” peykindəki “MedyaTV” kanalından yayımlanmışdır. Hazırda bu proqram “TürkSat” peykində “Sivas SRT” telekanalında yayımını davam etdirir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında