İordaniya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

 

 

 

Mayın 8-də Milli Məclisin sədri Oqtay Əsədov İordaniya Haşimilər Krallığı Senatının sədri Tahir Əlmasiri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirən O.Əsədov İordaniya ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdırmışdır. Milli Məclisin sədri demişdir ki, münasibətlərin mövcud vəziyyətinin yüksək səviyyədə olması təqdirəlayiq haldır və əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli iş birliyi qurmuşlar. İslam Əməkdaşlıq Təşkilatında müzakirə olunan bütün məsələlərə dövlətlərimiz vahid mövqedən yanaşırlar ki, bu da qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafını göstərir.

Görüşdə qeyd olunmuşdur ki, son illər Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir. Neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində yeni iş yerləri açılmış, əhalinin sosial vəziyyəti yaxşılaşmışdır. Lakin bunlarla yanaşı Azərbaycanın problemləri də vardır. Əsas problem Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və nəticədə 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasından ibarətdir. Ermənilər 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhalini soyqırımına məruz qoymuşlar. Bir sıra dünya dövlətlərinin parlamentlərində bu terror aksiyası azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınmışdır. Bu məsələyə İordaniya parlamentinin də siyasi qiymət verməsini arzulayırıq.

Milli Məclisin sədri onu da qeyd etmişdir ki, son illər dünyanın bəzi dövlətlərində islamafobiya hallarının artması Azərbaycanı narahat edir.

Səmimi qəbula görə minnətdarlığını bildirən Tahir Əlmasiri demişdir ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar dost dövlət kimi bizi çox sevindirir. Azərbaycanda biz özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Çünki hər iki xalqın oxşar cəhətləri çoxdur və hər iki ölkənin əhalisi islam dininə etiqad edir. Biz əlaqələrin daha da yaxınlaşmasını istəyirik.

Senatın sədri bildirmişdir ki, İordaniyanın və Azərbaycanın dövlət başçıları arasında dostluq münasibətləri mövcuddur ki, bu da dövlətlərarası əlaqələrin inkişafına geniş şərait yaradır. Hər iki dövlətin başçısı demokratik islahatlara meyillidir və  hüquqi dövlət quruculuğu yolunu seçmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında