Gənclik öz gələcəyini tam əminliklə Prezident İlham Əliyevə etibar edir

 

 

Radikal müxalifətin yalan vədlərinə aldanan gənclər  isə

 səhv yolda olduqlarını dərk edəcəklər

Azərbaycan Respublikası müstəqil dövlət kimi fəaliyyət göstərdiyi ötən dövr ərzində çox sürətli bir inkişaf yolu keçmişdir. Xüsusilə qeyd etmək istərdim ki, son on il respublikamızda dinamik sosial - iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur.

Bu müddət ərzində   ölkə rəhbəri İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək cox böyük uğurlara imza atmışdır. Nəticədə ölkə iqtisadiyyatı 3 dəfə artmış, müasir sosial - iqtisadi infrasrtuktur yaradılmış, qeyri -  neft sektorunun inkişafı təmin edilmişdir. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəmiz 2013-cü ildə 25 mlyard dollara çatdırılmışdır. 2003-cü ildə ölkədə yoxsulluq səviyyəsində yaşayanlar ümumi əhalinin 49 faizini təşkil edirdisə, hazirda bu göstərici 6 faiz səviyyəsinə endirilmişdir. Respublikamız hazırda region iqtisadiyyatının 80 faizini özündə cəmləşdirməklə Qafqazda  lider ölkəyə çevrilibdir. Bütün fəaliyyət sahələrində müsbət, dinamik inkişafın mövcudluğu beynəlxalq maliyyə qurumları tərəfindən də  etiraf edilir. Sadaladığım və sadalamadığım  nailiyyətlərimizi qəbul edib buna sevinən və bu inkişafa dəstək olan ölkələr, siyasi - iqtisadi, maliyyə mərkəzləri ilə yanaşı  uğurlarımızı gözü götürməyənlər də var. Ən çox təəssüf yaradan məqamlardan biri də odur ki, ölkəmizin dinamik inkişafını əngəlləməyə, ictimai - siyasi sabitliyi pozmağa, beynəlxalq aləmdə qazandığımız yüksək nüfüza kölgə salmağa çalışan xarici qüvvələrlə yanaşı ölkə daxilndə də belə  təxribatçı qruplar  mövcuddur.  

Adlarını müxalifət qoymuş  bəzi qüvvələr əslində hakimiyyətə qarşı deyil, xalqa, dövlətə, dövlətçiliyə qarşı çalışırlar. Müaxalifət adını isə  özlərinə ona görə  veriblər ki, təxribatçi əməllərinə don geyindirə bilsinlər. Bu qrupa daxil olan insanlar üçün dövlət və hakimiyyət anlayışları arasında heç bir fərq yoxdur. Mən bu adamları dövlətimizə və dövlətçiliyimizə qarşı mütəmadi olaraq təxribatlar hazirlayan, beynəlxalq aləmdə qazandığımız yüksək nüfuzumuza kölgə salmağa çalışan, ümumiləşdirilmiş formada desək, xalqımıza qarşı düşmənçilik aparan xarici qüvvələrin öz çirkin niyyətlərini reallaşdırmaq məqsədi ilə çirkli pullar hesabına idarə olunanlar kimi dəyərləndirirəm.  Həmin xarici qüvvələr onlar vasitəsilə saxta ideyalar, yararsiz amallar, köhnəlmiş şuarlar və s. “istehsal” etməklə  dar düşüncəli, məhdud təfəkkürlü insanlara “satmağa” çalışırlar. Çox təəssüf ki, cəmiyyətdə hər kəs yüksək siyasi savada, yuksək intellektə, yüksək analitik təfəkkürə malik olmur. Belələri  düşmən qüvvələrin  toruna çox asanlıqla düşürlər. Həm də bu xislətdə olanları xalqın taleyüklü problemlərindən daha çox özlərinin maddi maraqları düşündürür. Necə deyərlər, bazarda pis malı təcrubəsiz və görməmiş müştəriyə  satmaq olar. Sözü gedən radikal, dağıdıcı qruplar unudurlar ki, hər şeyin zamana ehtiyacı var. Artıq həmin zaman yetişib və radikal müxalifətin iç üzü artıq hamıya bəlli olub.

Radikalların xarici “investorlarının” malyyə dəstəyi ilə həyata keçirmək istədikləri “NİDA” adlı layihəsinin də  ömrü çox olmadı. Belə xəyanətkar, antimilli “layihələr” uzunömürlü olmur. Bu yaxınlarda  xəyanətkarların  sırasına biri də qoşuldu: Eldar Namazovun “EL” hərəkatı. Hər bir layihənin məqsədi və hədəfləri olduğu kimi, müəyyən müddət gizli saxlaya bildikləri “NIDA” və “EL” “layihə”lərinin də çirkin məqsədi və hədəfləri indi hər bir azərbaycanlıya artıq məlumdur. Onların ikrah doğuran məqsədləri  ölkədə anarxiya yaratmaq, mərkəzi hakimiyyəti zəiflətmək, beynəlxalq aləmdə indiyə qədər qazanılmış bütün nailiyyətləri yenidən sıfır səviyyəsinə endirmək, ölkədə vətəndaş qarşıdurması yaratmaq və təxribatlar törətməkdir.

Azərbaycanı sevən hər bir şəxs üçün sevindirici hallardan biri də odur ki, ölkədə destruktiv qüvvələrin arxasınca gedən, onları dəstəkləyən, belə bəd niyyətli adamlarla  həmfikir olan insanların sayı olduqca azdır. Təəssüf edirik ki, onlar arasında gənclərə də rast gəlirik. Ümummilli lider Heydər Əliyev gənclərə çox böyük ümid bəsləyərək demişdir: “Bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur”.

Ölkəmizin müstəqillik tarixində, xüsusilə ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişindən sonra yenidən hakimiyyətə gəldiyi ildən gənclər siyasəti dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biri olub. Dövlət gənclər siyasəti gənclərin bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.  Möhtərəm Prezidentimiz  İlham Əliyevin  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq olunması ilə əlaqədar   imzaladığı sərəncama əsasən  gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılmışdır. Bütün bunlarda əsas məqsəd   gənclər siyasətini daha da inkişaf etdirmək,  gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllinin təmin olunmasıdır. 

Artıq ölkəmizdə  dövlət gənclər siyasətinin yeni mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi, gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradacaqdır. 

  Dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilən ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilib.Biz gənclər ölkədə yaradılmış əlverişli şəraitdən yetərincə istifadə edib doğma Vətənimizin dünya birliyindəki nüfuzunun daha da yüksəlməsinə nail olmalıyıq. Təəssüf ki, bəzi gənclərimiz antimilli dairələrin çirkli pullarına aldanaraq onların təsiri altına düşür, qeyri - qanuni aksiyalar keçirməyə cəhd edir, ölkədə qarşıdurma yaratmaq kimi çirkin işlərlə məşğul olurlar. Biz belə halları kəskin pisləyir və bunu gəncliyin adına ləkə hesab edirik. Fəxr edirik ki, respublikamızın sürətli inkişafında, dünya birliyinə inteqrasiyasında və beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsində  gəncliyin də özünəməxsus yeri və rolu vardır. Eyni zamanda, respublikanın artan siyasi və iqtisadi qüdrəti gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir.

  Azərbaycan gənclərinin  mütləq əksəriyyəti ölkəni davamlı olaraq qələbələrə, uğurlara, yüksəlişə  aparan  Prezident İlham Əliyevi dəstəkləyir və onun ətrafında sıx birləşib. Kimlərinsə çirkli pulları və yalan vədləri bu vəhdəti, bu birliyi poza bilməz.

 

 Daşqın QƏNBƏROV,
Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru,
YAP Gənclər Birliyinin Şura üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında