“Zavallı” ermənilər, yoxsa zalım ermənilər

 

(əvvəli qəzetin 31 mart 2013-cü il tarixli sayında)

Vahram yazırdı: “Mən Basarkeçərin tatar əhalisini heç nəyə məhəl qoymadan məhv etdim. Bəzən gülləyə də heyfim gəlirdi. Bu itlər üçün ən düzgün vasitə döyüşdən sonra yaralananların hamısını bir quyuya yığıb üzərlərinə ağır daşlar yığmaqdır ki, onlar bir də yer üzündə olmasınlar. Mən belə də edirdim: bütün qadınları, kişiləri və uşaqları yığıb quyulara doldurub başlarına daş töküb öldürdüm”.

1919-cu ilin yazında Andranikin başçılıq etdiyi nizami ordu Göyçə gölünün şimal və cənub sahilləri ilə Şərqə tərəf irəliləyirdi. Azərbaycanlılardan ibarət özünümüdafiə dəstələri düşmənə tutarlı müqavimət göstərsələr də onun qarşısını tam ala bilmirdilər. Qadınları, uşaqları və qocaları Zodun Ağ qaya və Hüseynqulu ağanın (Nərimanlı) yaylağındakı “Yal” aşırımından Kəlbəcər tərəfə keçirməli oldular. Çalmalı dağının ətəyində olan bu aşırımdan keçərkən yüzlərlə insan və minlərlə mal-qoyun borana düşüb qırıldı. Oradakı dərə o vaxtdan “Sümük tökülən” dərə adlanır.

1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər hakimiyyətdə olan Daşnak hökuməti azərbaycanlıların qanına susamışdı. Bu müddətdə onlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yüz minlərlə azərbaycanlının qaçqına çevrilməsinə səbəb olmuşdular.

1920-ci ilin əvvəllərinə kimi 220 mindən çox azərbaycanlı daşnak siyasətinin qurbanına çevrildi. 1919-cu ilin noyabr—dekabr aylarında Türkiyəyə və İrana 250 minə qədər qaçqın axıb getmişdi.

M.B.Məmmədzadə Türkiyədə dərc olunan “Azərbaycan” dərgisinin 1954-cü il 92-ci sayında yazırdı ki, Azərbaycan parlamenti 1920-ci il tarixli iclasında Ermənistan hüdudlarından Azərbaycana gəlmiş 300 mindən artıq köçkün məsələsini müzakirə etmişdir.

Daşnak hökuməti azərbaycanlıları təkcə cismani məhv etməklə kifayətlənmir, həmçinin mənəvi repressiyaya da məruz qoyurdu. Bir mənbədən oxuyuruq: təkcə Ermənistanda “daşnaksütyunun 30 aylıq ağalığı dövründə azərbaycanlı əhalinin əlində olan torpağın 60 faizi müsadirə edilmişdi”.

Bir daşnak “xadimi” ermənilərin cinayətkarlıqda əli olduğunu etiraf edərək hökumət başçısı A.Ohancanyana yazırdı: “Zəngibasar bizim əlimizdədir. Çox varlı olan bu diyar borcumuzu bir neçə dəfə artıqlaması ilə ödəməyə imkan verəcək. Artıq iki gündür ki, burada görünməmiş talan—buğda, arpa, samovar, xalça, pul, qızılın daşınması gedir... Maliyyə naziri bura ancaq axşam öz agentini və təşkil olunmamış qüvvəsini göndərib... Böyük sərvət əlimizdən çıxır...”

Azərbaycan parlamenti 1919-cu il yanvarın 8-də İrəvan quberniyası əhalisinin bir qrupunun və İrəvan millət vəkillərinin bəyanatını müzakirə etdi. Bəyanatın sonunda deyilirdi: “İrəvan quberniyasının bütünlüklə müsəlmanlar arasında yaşayan hissələrinin tarixi, məişəti və digər cəhətlərdən Azərbaycanın ayrılmaz hissəsini təşkil etdiyini, bu ərazinin zorla müsəlmanlardan təmizlənməsi və erməni qaçqınlarının buraya köçürülməsinin yolverilməz olduğunu, bu ərazinin müqəddəratının sülh konfransı tərəfindən həll olunacağını nəzərə alaraq biz İrəvan quberniyası müsəlmanlarının aşağıda adları göstərilən nümayəndələri möhtərəm cənab sədr, sizdən xahiş edirik ki, İrəvan quberniyası müsəlman əhalisinin cismani məhvinin qarşını almaq üçün tədbirlər görəsiniz”.

1919-cu ilin martın sonlarında bütün cəbhə boyu üstünlüyü ələ alan erməni faşistləri aprelin 13-də Göyçədə 61 kəndi dağıdıb viran qoymuş, minlərlə Azərbaycan türkünü qəddarcasına məhv etmişlər.

Dağlıq zolağın 5-ci sahəsinin müsəlman əhalisinin müvəkkili İsmayıl Sultanovun Gəncə qəzası rəisinin adına “Azərbaycan” qəzetinin 17 may 1919-cu il tarixli sayında dərc olunmuş məlumatda deyilir: “Bu ilin 13 aprel tarixindən başlayaraq Ararat Respublikasının qoşunları Göyçə rayonunun Yeni Bayazid qəzasının dinc müsəlman əhalisinə qarşı hücuma keçmişdir. Məqsəd, Göyçə gölünün şərq və şimal hissəsini burada yaşayan müsəlmanlardan təmizləməkdir.

Hal-hazırda 60.000 əhalisi olan 22 kənd dağıdılmış, yandırılmış, əhalisi isə qırılmışdır. Bədbəxt müsəlman əhalisi Göyçə müsəlmanlarını qırmağı qarşısına məqsəd qoymuş və bunu yerinə yetirən erməni qoşunlarının atəşləri ilə rəhmsizcəsinə məhv olur. Erməni hökumətinin və ermənilərin keçmiş qoşunlarına və tabeliyində olan müsəlman vətəndaşlarına qarşı belə vəhşilikləri gördükcə adam dəhşətə gəlir. Erməni qoşunları əllərinə düşən müsəlmanları heç vəchlə sağ buraxmır, ağlagəlməz işgəncələrlə onlara zülm edir, bəzi qadınları və yeniyetmə qızları çıxmaq şərtilə, qadınları, uşaqları, qocaları və gəncləri öldürürdülər. Əhalinin malı, dövləti acgöz erməni qoşunları tərəfindən ələ keçirilib, öz aralarında bərabər bölüşdürülür, sağ qalanlar isə qoşunlar tərəfindən təqib edilir. Çox az miqdarda Gəncə qəzasının beşinci sahəsinin kənarlarına axışıb gəlirlər. Qalan 17 kəndin sakinləri isə Cavanşir qəzasının dağlıq hissəsinə qaçır. Daha doğrusu, 7-8 kəndin sakinləri erməni qoşunları tərəfindən təqib olunan Gəncə qəzasının 5-ci sahəsinin qarlı zirvələrində, dərələrdə gizlənirlər, qarın altında qalıb kütləvi şəkildə məhv olurlar. Ararat respublikasının məsələsi artıq həll olunub,  Göyçə rayonunda müsəlman qalmayıb. Hal-hazırda Yeni Bayazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır. Onlardan 22-si aprel ayının 13-20-si tarixlərində dağıdılmışdır. Bunlar Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Aşağı Şorca, Hüseynqulu Ağalı, Ağkilsə, Zod, Qulu Ağalı, B.Qaraqoyunlu, K.Qaraqoyunlu, Zərziba, Canəhməd, İnəkdağı, Qaraiman, Kəsəmən, Başkənd, Kiçik Məzrə, Şişqaya, Baş Hacı, Qərib Qaya- 15 mindən artıq evin əhalisi bütün malı, dövləti başlı-başına buraxıb qaçmışlar. Bütün bu mal-dövlət hal-hazırda ermənilərə qalıb: qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir."

Rusiyanın himayədarlığından istifadə edən ermənilər bəzən Rusiyanın dövlət işlərinə də baş vurmaqdan, qarışmaqdan yan keçmirdilər. Açıq-aşkar tələb edirdilər ki, nə olur-olsun, Rusiya Türkiyə ərazisində erməni dövləti qurmaq öhdəliyinə əməl etməlidir. Bu işdə yenə də onların hamisi daha cox İngiltərə və Fransa hökumətləri idi. V.İ.Lenin daşnak hökumətinin böyük dövlətçilik iddiasından bəhs edərək yazırdı: “Türkiyəni sovet Rusiyasına qarşı qaldırmağa, dostluq münasibətləri yaratmaq haqqında danışıqları pozmağa çalışan Antanta rəhbərləri fitnəkarlıqla Ermənistanının Türkiyəyə hücumunu təşkil edən daşnaklar Türkiyəyə qarşı təcavüzkar mövqe tutaraq, Kiçik Asiyanın təqribən yarısı daxil olmaqla “Böyük Ermənistan” yaratmağa can atırdılar”.

Əslində, ermənilərə arxa-dayaq olmuş Lenin, görünür, həqiqəti deməyi də məqbul saymışdır. Ermənilərin həddən ziyada ərköyünlük etməsi proletariatın rəhbərini narahat etmişdi. V.İ.Lenin yazırdı ki, ermənilər Türkiyəyə hücum edir, sonra da qabağında dura bilmir, qaçıb geri gəlirlər. Bu o deməkdir ki, ay erməni, sən bizim kölgəmizdən kənarda Türkiyəyə heç nə edə bilməzsən...

Ermənilərin amansızlıqla törətdiyi vəhşiliklər işğal etdikləri ərazilərdən azərbaycanlıları tamamilə təmizləmək siyasətinin nəticəsi olsa da, bir türk düşmənçiliyi onları rahat buraxmırdı. Vaxtı ilə Osmanlı saraylarında yüksək vəzifələrdə işləyəndə yeddi qat əyilib təzim edən ermənilər Avropa dövlətlərinin türk düşmənçiliyini görüb onlara qoşulmağa üstünlük verdilər.

Təpədən-dırnaga silahlanıb heç nədən xəbəri olmayan əliyalın insanları amansızlıqla məhv etməyə başladılar. Onları himayə edən böyük xristian dövlətlərinə arxalanaraq türk-müsəlman əhalisini yarpaq kimi biçib tökürdülər. Özləri yaxşı bilirdilər ki, onların hər addımı soyqırımı törətməkdir. Lakin öz əməllərini ört-basdır etmək məqsədi ilə hay-haray salırdılar ki, türklər bizi qırdılar. Bununla onlar həm də Türkiyəni suçlamaq, təzminatlar tələb etmək üçün işlənib hazırlanmış layihələrini həyata keçirirdilər.

 

İrəvan quberniyasının müsəlmanlarının amerikalılara xatırlatmasında deyilir: 88 kənd dagıdılmış, 1920 ev yandırılmış, 131.970 kişi öldürülmüşdür.

İCEVAN (KARVANSARA) 

Haqqıxlı - 1919-cu il. 540 nəfər yaşamışdır. Andranikin quldur dəstəsi camaatı sülh adıyla evlərə toplamış, qapıları baglayandan sonra evlərə od vurmuşlar. Qaçıb aradan çıxmaq istəyənlər tüfəng ilə nişan alınmış, qılıncla dogranmışlar. Bir gecədə 158 nəfər adam amansızlıqla məhv edilmişdir. 1922-ci ildə salamat qurtaranlardan bir qismi kəndə dönmüşdür. 1988-ci ildə kənddə yaşayan insanlar yenidən erməni təcavüzünün qurbanı olmuşlar. Kənd erməniləşdirilmişdir.

BASARKEÇƏR

Zod - 1919-cu il. 2000 nəfər yaşamışdır. Kənd dağıdılıb yandırılmış, 270 nəfər dinc əhali böyük işgəncələrlə qətlə yetirilmişdir.

Yarpızlı - 1919-cu il. 800 nəfər yaşamışdır. Andranikin rəhbərliyi altında daşnaklar kəndi yerlə-yeksan etmiş, böyükdən kiçiyə - qoca, qadın, uşaq demədən əhalini kütləvi surətdə qırmışlar. Salamat qalanlar dağla-dərəylə Azərbaycana pənah gətirmişlər.

Kefli - 1919-cu il. Andranikin quldur dəstəsi əhalini qılıncdan keçirmiş, var-dövlətini talamışlar, kənd xarabalıga çevrilmişdir.

Şişqaya - 1919-cu il. 1300 nəfər yaşamışdır. Daşnak polkovniki Sulikovun quldur dəstəsi kəndə gələrək iclas adı ilə camaatı evlərə və tövlələrə dolduraraq od vurub yandırmışlar. Qaçmaq istəyənlərin hamısı güllələnmiş və ya qılıncdan keçirilmişdir. 700-ə yaxın dinc əhali, o cümlədən qoca, uşaq, qadına qarşı şiddətli qətliam törədilmişdir.

Şəraba - 1919-cu il. Dağıdılmış, yandırılmış, insanlar qılıncdan keçirilmişdir. Burda kişilərin başını, qadınların döşünü kəsib, uşaqları təndirdə yandırmışlar. 

GÖZƏLDƏRƏ QARANLIQ

Xartlıq - 1918-ci il. 299 nəfər yaşamışdır. Tamamilə yer üzündən silinmiş, yalnız xaraba qalmışdır.

 Bu bölgə (sonradan Martuni) Rusiyanın işgalından (1828-ci il) dərhal sonra ən sürətlə erməniləşdirilən bölgə olmuşdur. Buraya Türkiyənin Alaşkerd, Muş və İğdir vilayətlərindən gətirilmiş 600 erməni ailəsi (5000 nəfər) yerləşdirilmişdir. 1918-ci ilə kimi bölgəyə İrandan, Türkiyədən gətirilmiş ermənilərin sayı 32104 nəfərə çatmışdı.

Kəvər Hüseynbəyli kəndi- 1906-cı ildə Dasnaklar kəndi oda verib, gülləyə tutublar. Hacımuğan kəndi - 1918-ci ildə kəndin camaatı amansızcasına məhv edilib. Copur Əli kəndi -dağıdılıb, əhalisi məhv edilib. Zeynalagalı kəndi- 1918-ci ildə amansızlıqla silinib. Bəglə kəndi- 1918-ci ildə əhalisinin 90 faizi məhv edilib. Ordəkli kəndi - 1918-ci ildə kənd yandırılıb, əhalisi amansızlıqla qırılıb. Qıslak kəndi - 1918- ci ildə yox edilib. Guzəcik kəndi - 1918-ci ildə yox edilib. Qızılcıq kəndi- 1918-ci ildə yandırılıb. Abbasgolu kəndi - 1918-ci ildə dağıdılıb, az sayda adam canını qurtara bilib.

DƏRƏCİCƏK BÖLGƏSİNDƏ

Gumus kəndi- 1918-ci ildə gecə yandırılıb. Axta kəndi -1918-ci ildə əhalisi məhv edilib. Təkərli kəndi- 1918- ci ildə əhalisi yox edilib. Ozanlar kəndi- 1918-ci ildə amansızlıqla məhv edilib. Ərinc kəndi - 1918-ci ildə qan içində boğulub. Huseynbəyli kəndi- 1906-cı ildə Dasnaklar kəndi oda verib, gülləyə tutublar. Hacımugan kəndi - 1918-ci ildə kəndin camaatı amansızcasına məhv edilib. Copur Əli kəndi -dağıdılıb, əhalisi məhv edilib. Zeynalagalı kəndi- 1918- ci ildə amansızlıqla yer üzündən silinib. Bəglə kəndi- 1918-ci ildə əhalisinin 90 faizi məhv edilib. Ordekli kəndi - 1918-ci ildə kənd yandırılıb, əhalisi amansızlıqla qırılıb. Qıslak kəndi - 1918- ci ildə yox edilib. Guzəcik kəndi - 1918-ci ildə yox edilib. Qızılcıq kəndi- 1918-ci ildə yandırılıb. Abbasgolu kəndi - 1918- ci ildə dağıdılıb, az sayda adam canını qurtara bilib.

Hacımuğan - 1918-ci il. 1255 nəfər yaşamışdır. Andranikin əmri ilə kənd darmadağın edilmiş, əhali qılıncdan keçirilmişdir. Cox az sayda adam qaçıb qurtara bilmişdir. Mirəli və Miryaqub ağa qardşlarının ailəsindən 18 nin başını kəsib masanın üstə düzüblər.

Əfəndi - 1918-ci il. 654 nəfər əhalisi olub. Əhalinin yarıdan çoxu amansızlıqla qılıncdan keçirilib, bədənləri deşik- deşik edilib, gözləri çıxarılıb.

Əyrivəng - 1918-ci il. 654 nəfər əhalinin 440 nəfəri amansızlıqla qətlə yetirilmişdir.

Ağzıbir - 1918-ci il. 755 nəfər yaşamışdır. Ağzıbir daşnakların yeritdiyi əsl soyqırımı siyasətinin alovlandığı nöqtələrdən biri olmuşdur. 

QUQARK (KİROVAKAN)

Vartana - 1918-ci il. 120 nəfər yandırılıb öldürülmüşdür. 1988-ci ildə yenə bu kənddə 16 nəfər yandırılıb məhv edilmişdir.

AXTA (DƏRƏÇİÇƏK)

Bığlı - 1918-ci il. 900 nəfər yaşamışdır. Andranikin tapşırığı ilə kənd yerlə-yeksan edilmişdir. Əhalisinin böyük qismi vəhşicəsinə məhv edilib. Sovet gələndən sonra qaçqın əhalini öz yerinə qaytarmaq çagırışına cavab olaraq 1922-ci ildə Bığlıya cəmi 53 nəfər qayıtmışdı.

Təkəli - 1918-ci il. 1100 nəfər yaşamışdır. Erməni silahlıları Təkəlini oda qalamış, əhalisini güllədən və qılıncdan keçirmişlər. Həmin soyqırımında təkəlilər 370 nəfər itirmişlər.

Ozanlar - 1918-ci il. 500 nəfər yaşamışdır. Qəddar erməni silahlıları kəndi mühasirəyə alaraq əhalini tamamilə qanına qəltan eləmişlər. Az sayda adam qurtara bilmişdir. Kənd bundan sonra ermənilərin əlinə keçmişdir.

Gümüş - 1918-ci il. 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də bir dəfəlik sahib olmuşlar. Sonralar ancaq qaçıb canını qurtarmış 174 nəfər adam hesaba alınmışdır.

KOTAYK  (ELLƏR)

Qaraqala - 1918-ci il. 899 nəfər əhalisi olmuşdur. Böyük məşəqqətlə, zalımlıqla məhv edilən camaatın bir qismi Türkiyəyə qaçmışdır. 1922-ci ildə 20 nəfər doğma kəndə qayıtmış, lakin bu vaxt kənddə ermənilər yaşadığını görmüşlər. Bir neçə ildən sonra sayı 60-a catmış azərbaycanlılar sıxışdırılaraq çıxarılmışdır.

Qızqala - 1918-ci il. 415 nəfər yaşayıb. Ermənilər kəndin altını üstünə çevirmiş, aylarla insan cəsədləri xarabalıqlardan yıgılmamışdır. Qızqala ölü kəndə çevrilmişdir.

Zar - 1918-ci il. 1828-ci ildən sonra gəlmə ermənilər yerləşdirilmişdir. Kənddə 1500 nəfər azərbaycanlı yaşamışdır. Erməni hökumətinin genosid siyasəti nəticəsində azərbaycanlıların böyük bir qismi güllə-baran edilmiş, qılıncdan keçirilmiş salamat qalanlar isə kənddən çıxarılmışdır. 1822-ci ildə 52 nəfər köhnə yurda dönmüş, bir qədərdən sonra kəndi tərk etmişlər.

Kamal - 1918-ci il. 800 nəfər əhalisi olmuşdur. Qanlı qırğınlardan sonra kənd alt-üst olmuş, əhali qılıncdan keçirilmişdir. Kənd xarabalığa çevrilmişdir.

Nurnus - 1918-ci il. 700 nəfərlik kəndi yerlə-yeksan etmişlər. Əhalisinin böyük bir hissəsi amansızlıqla qırılmış, sağ qalanlar isə işgəncələrlə qovulmuşdur. 1922-ci ildə ata-baba yurduna dönən 52 nəfər nurnuslu kəndə ermənilərin dolduğunun şahidi olmuşlar.

Kənkan - 1918-ci il. 2500 nəfər əhalisi olmuşdur. Digər kəndlərdə olduğu kimi daşnak hökumətinin genosid siyasəti burda da öz əksini tapmışdır. Zalımlıqla məhv edilən kənddə 100-dən artıq körpə uşagın cəsədini saymışlar.

ZƏNGİBASAR

Böyük Çobankərə - 1918-ci il. 5000 nəfər olmuşdur. Daşnakların soyqırımı siyasətinin ilk qurbanlarından biri də bu kənd olmuşdur. Dro və Andranikin əmri ilə daşnak qoşunu kənddə fəlakət törətmiş, o quduz cəlladlar uşağa, böyüyə, qadına rəhm etmədən qırmışlar. 1922-ci ildə kəndə 66 nəfər dönmüşdür.

Uluxanlı - 1918-ci il. 4000 nəfər əhali yaşamışdır. Andranikin şəxsən rəhbərlik etdiyi silahlı quldur dəstələri kəndi yerlə-yeksan etmiş, qadına, uşağa məhəl qoymadan əhalini ucdantutma qılıncdan keçirməyə cəhd göstərmişlər. 1922-ci ildə kəndə qayıdanların sayı 1800 nəfər olmuşdur.

Həsənli - 1918-ci il. 670 nəfər yaşamışdır. Kənd daşnaklar tərəfindən yandırılmış, əhalinin böyük bir hissəsi qılıncdan keçirilmiş, az hissəsi işgəncələrlə qaçıb canını qurtarmışdır. Kənd 9 il xaraba qalmış, 1926-cı ildə 87 nəfər dogma kəndin xarabalarında mənzil qurmuşlar.

Dəmirçi - 1918-ci il. 2500 nəfər yaşamışdır. Andranikin əmri ilə silahlı cəllad ermənilər bu kəndi yerlə-yeksan eləmiş, əhalisini qırmış, sağ qalanları qovub çıxarmışlar. 1922-ci ildə Sovet hökumətinin dönəmində 492 nəfər Dəmirçiyə dönmüşdür.

EÇMİƏDZİN

Ayarlı - 1918-ci il. 800 nəfər yaşamışdır. Kənd bütünlükdə soyqırımı qurbanı olmuşdur. Əhalisinin əksəriyyəti işgəncələrlə öldürülmüş, salamat qalanlar didərgin düşmüşlər. Bundan sonra kəndə ermənilər yerləşdirilmişdir.

Qarğabazarı - 1918-ci il. 790 nəfər yaşamışdır. Erməni daşnak birləşmələri kəndi yerlə-yeksan etmiş, dağıdıb talamış, əhalisini amansızlıqla qırmışlar. Kənd bir neçə il xaraba qalmışdır. 1922-ci ildə 182 nəfər gəlib kəndi bərpa etməyə çalışmışlar. Tədricən azərbaycanlı əhali sıxışdırılıb, onlar 1948-ci ildə Sabirabadın Həşimxanlı kəndinə köçmüşlər.

 

Eldar İSMAYIL,
şair, yazıçı, əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında