Rüstəm İbrahimbəyov böhtan və iftira girdabında

 

 

Azərbaycanın dünya birliyində mövqeləri möhkəmləndikcə, əlaqələri genişləndikcə ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan  dövlətlərin də  sayı artır. Respublikamıza səfərə gələn xarici ölkələrin dövlət başçıları Azərbaycanın sürətlə inkişaf etdiyini və  regionda nüfuzlu dövlətə çevrildiyini xüsusi vurğulayırlar.

Son illərdə həyata keçirilən iri infrastruktur layihələrində Azərbaycan  aparıcı dövlət kimi çıxış edir. Yaxın günlərdə ölkəmizdə rəsmi səfərdə olmuş Gürcüstan Prezidenti Mixeil Saakaşvili də respublikamızın beynəlxalq aləmdə reytinqinin getdikcə artdığını xüsusi vurğulayaraq demişdir: “Azərbaycanın dəqiq kursu, müstəqilliyinin dəqiq yolu, istiqaməti aydın üfüqləri vardır. Azərbaycan həm regionda, həm qlobal müstəvidə vacib bir dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir. İstər regionda, istər geniş Avrasiya məkanında müsbət ab - havanın yaranmasında  Azərbaycanın müstəsna xidmətləri vardır. Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətinin dövlətçiliyinin inkişafı mümkün deyildir. İnqilabi layihə olan Bakı - Tbilisi - Qars hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır. Bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir, cinayətdir”.

Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsinin xarici ölkələrin dövlət başçıları, həmçinin tanınmış içtimai - siyasi xadimlər, diplomatlar və politoloqlar tərəfindən  yüksək qiymətləndirilməsi hər birimizdə qürur hissi yaradır. Avropa Parlamentinin üzvü Rəşidə Datinin “Azərbaycan xalqının məşhur tolerantlığı ilə yanaşı, inkişafın Azərbaycan modeli əsl siyasi əzmkarlıq nümunəsidir”, senator Jan - Mari Bokelin “Azərbaycanın iqtisadi potensialı onun demokratik inkişafına   dəstək verir”- fikirləri də təsdiqləyir ki, bu gün ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Onu da qeyd edək ki, respublikamızda  demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, seçkilərin azad və ədalətli, şəffaf şəkildə keçirilməsi üçün hər cür şəraitin yaradılması da beynəlxalq aləmin diqqət mərkəzində olmuş və bütün bunlar yüksək dəyərləndirilmişdir.

Ölkəmizin inkişafı, dünya birliyinin layiqli üzvünə çevrilməsi  düşmənlərimizlə yanaşı, bir sıra  vəzifəpərəst xəyanətkarları da ciddi təşvişə salıb. Reneqat Eldar Namazov, yaşının ahıl vaxtında bəzi düşmən dairələrin əlində alətə çevrilmiş kinorejissor Rüstəm İbrahimbəyov, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və onların yalan vədlərlə ətraflarına topladıqları siyasi cəhətdən qeyri-yetkin insanlar erməni lobbisinin sifarişlərini yerinə yetirməklə ölkədə çaşqınlıq yaratmaq üçün hər cür iyrənc vasitələrə əl atırlar. Hər dəfə də antlimilli hərəkətləri cəmiyyətdə narazılıq doğurur.

Kinorejissor Rüstəm İbrahimbəyovun qoca vaxtında siyasətə qoşulmasına adamın gülməyi gəlir. Özü də dəfələrlə etiraf edib ki, siyasət  aləmi onluq deyil. Ancaq yazıq neyləsin, nə  yardan doyur, nə də əldən qoyur. Ona belə gəlir ki, siyasətlə məşğul olsa, daha çox qazanacaq. Uzun zaman idi  ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılan qurum yalnız Rüstəm İbrahimbəyovun  şəxsi maraqlarına xidmət edirdi. Bu qurumda təmsil olunanlar da  bununla bağlı  dəfələrlə ciddi  narazılıqlarını bildirmişdilər.

R. İbrahimbəyovun qurumdakı ayrı - seçkiliyi, təşkilatın büdcəsini, əmlakını mənimsəməsi, talan etməsi, milli və yaxud kino xadimlərinin marağından çıxış etməməsi  və  öz maraqlarını əsas götürərək fəaliyyət göstərməsi Kinematoqrafçılar İttifaqını gözdən saldı. O, özünü tabeçiliyində olan işçilərin, millətin, ölkənin  qayğısına qalan bir insan kimi qələmə verməyə çalışmaqla qanunsuz əməllərini və buqələmunluğunu ört-basdır etmək istəyirdi. Ancaq bu xislətini gizlədə bilmədi. Çünki xarici düşmənlərimizin verdikləri çirkli pullar onu Vətənin mənafeyindən üz çevirməyə şirnikləndirirdi. R.İbrahimbəyovun  xarici kütləvi informasiya vasitələrinə verdiyi böhtan dolu  müsahibələri nəhayət, onun daxili aləmini ortaya qoydu. Bu, ziyalıya və  azərbaycanlıya xas olmayan xüsusiyyət  nə ictimaiyyətə, nə milli kinematoqrafiyaya, nə də özünə fayda vermədi. Onun, çirkli pullar hesabına erməni lobbisinin tapşırıqlarını yerinə yetirməsi və ölkəmizə şər - böhtanlar yağdırması nəticəsində rəhbərlik etdiyi qurumun üzvlərinin kütləvi istefası ilə nəticələndi. Xalqını, Vətənini, millətini sevən hər bir kəs belə bir insanın rəhbərlik etdiyi təşkilatda qərar tuta bilməzdi.

R.İbrahimbəyovun əsas peşəsini unudub siyasətə qatılması yadıma bir rəvayəti saldı. Bir gün sağsağan toyuğa baxıb onun kimi yeriməyi qərara alır. Lakin nə qədər çalışsa da, toyuğun yerişini öyrənə bilmir. Bir də onda ayılır ki, öz yerişini də yaddan çıxarıb. O vaxtdan sağsağan tullana - tullana qalıb. İndi Rüstəm İbrahimbəyov başqalarını təqlid edir. Reneqat Eldar Namazov və dağıdıcı müxalifətdən “siyasət” öyrənmək istəyən kinorejissor əsas peşəsini də tədricən unudur. Onun son hərəkətləri də təsdiqləyir ki, İbrahimbəyov anarxizmə yuvarlanır. Onun üçün Vətən, xalq, millət önəmli deyil. Əsas odur ki, pul olsun.

Bu yaxınlarda  xarici ölkələrdə səfərdə olduğunu və bu səfərlər zamanı ölkəmizin əleyhinə bol - bol yalanlar, böhtanlar, qarayaxmalar söylədiyini özü əqidədə olan satqın və milli xəyanətkarlara böyük həvəslə çatdıran R.İbrahimbəyov deyib ki, ABŞ-da, Rusiyada, Fransada, Gürcüstanda olarkən  oradakı erməni dostlarından kömək istəyib. Satqınçılığı özünə əsas peşə seçən kinorejissor qarşıdan gələn prezident seçkilərində  düşmənlərimizin ona arxa - dayaq olmasını istəyib. Hətta R.İbrahimbəyov  bu yaxınlarda Ermənistanda keçirilən prezident seçkilərini nümunə göstərərək deyib: “...Amma başqa ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq dəstək olmadan seçkilərdə şəffaflığı və ədalətliliyi təmin etmək çətindir. O da aydındır ki, beynəlxalq dəstək yalnız çağırıldığı yerə verilir”.  Bu da reneqat Eldar Namazovu prezidentliyə namizəd kimi təqdim eməkdən ötrü erməni lobbisinin sifarişini yerinə yetirən Rüstəm İbrahimbəyovun “siyasi düşüncə” tərzi.

Bü gün Ermənistanda seçkilərin saxtalaşdırılması ilə əlaqədar keçirilən etiraz aksiyaları səngimək bilmir. Rüstəm İbrahimbəyov isə hansısa xarici bir dövlətin maraqlarının təmin olunması və sifarişi əsasında qurulan “seçki  oyununu” az qala dünyaya nümunə göstərmək istəyir. Yaşının bu vaxtında düşmənlərimizin əlində oyuncağa çevrilən nankor kinorejissorun bu etirafı onun ermənilərə olan sevgisinin nəticəsidir. Elə onun əqidə dostu, reneqat Eldar Namazovun dəstəsinin üzvü olan yazıçı Əkrəm Naibovun da bir ayağının burda, birinin isə gorda olan vaxtında “Daş yuxular” romanı ilə ermənilərin müdafiəsinə qalxması, xalqımızı alçaltması neçə vaxt idi ki, ürəyində saxladığı erməni məhəbbətinin təzahürüdür. Riyakar Eldar Namazovun və onun dəstəsinin də bu əsərə haqq qazandırmaları heç də təsadüfi deyil. Bu adamlarda  qaniçən və qəddar ermənilərə məhəbbətin səbəbi qanlarındakı natəmizlikdir. Görünür, onların qanlarında erməni qanından qatışıq  olduğundan öz hisslərini cilovlaya bilmirlər. İndi belələrinin prezident seçkiləri ərəfəsində ölkəmizdə çaşqınlıq yaratmaq cəhdləri artıq başa düşüləndir. Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə möhkəmlənməsi, ölkəmizin inkişafı, tərəqqisi, demokratik, şəffaf, azad və ədalətli seçki keçirməyə qadir olması belə nankorları yandırıb - yaxır. 

 R.İbrahimbəyov “Əminəm ki, dünya ictimaiyyətinə müraciət etsək, bizə də seçkilərin keçirilməsində kömək göstəriləcək. Ən yaxın günlərdə ölkənin bütün demokratik qüvvələrinin adından bunu etmək lazımdır”- deməklə nə qədər dayaz düşüncə sahibi olduğunu bir daha ortaya qoydu. Bununla da doğrudan da sağsağan kimi öz yerişini itirdiyini təsdiqlədi. Bu  adam hələ dərk edə bilmir ki, Azərbaycanla Ermənistan arasında yerlə göy qədər fərq var. Azərbaycan müstəqil dövlət kimi artıq beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Ermənistan isə hələ də Rusiyanın boyunduruğundan xilas ola bilməyib. Ona görə də bu ölkədə heç vaxt demokratik və şəffaf seçki keçirilə bilməz. Təbii ki, Ermənistanda seçicilərin yox,  kənar bir ölkənin iradəsi əsas rol oynadı. Bu həmişə belə olub. Azərbaycanda isə tamamilə əksinədir. Beynəlxalq müşahidəçilər də tövsiyə edirlər  ki, bir sıra inkişaf etmiş ölkələr seçkilərin şəffaf keçirilməsində Azərbaycanın təcrübəsindən yararlansınlar.

Rüstəm İbrahimbəyova xatırlatmaq istərdik ki, Azərbaycan  Prezidenti İlham Əliyevin  azad, ədalətli, şəffaf və demokratik seçki keçirilməsi istiqamətində yüksək siyasi iradə nümayiş etdirməsi, bu sahədə mühüm əhəmiyyətli fərmanlar imzalaması beynəlxalq aləmin diqqət mərkəzində olmuşdur. Siyasi ekspertlər bu sənədlərin Azərbaycanda seçki prosesinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün qanunvericilik bazasını daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə etmişlər. Son illərdə keçirilən seçkilərin nəticələri də bunu təsdiqlədi.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 11 may və 24 oktyabr 2005-ci il tarixli fərmanları seçki kampaniyasının daha şəffaf, azad və ədalətli, obyektiv şəraitdə keçirilməsi istiqamətində ortaya qoyulmuş yüksək siyasi iradə idi. Həmin fərmanlara əsasən, 2005-ci ildən bəri ölkəmizdə keçirilən bütün seçkilərdə seçicilərin barmaqları gözlə görünməyən mürəkkəblə işarələnir. Bu da bir seçicinin təkrar səs verməsinin qarşısını alır, obyektiv və demokratik seçki keçirilməsi üçün əlverişli şərait yaradır. Bir sıra hüquq müdafiəçiləri bu üsulun insanların mənəviyyatına toxunacağını iddia edib narazılıqlarını bildirsələr də, dövlətimizin başçısı seçkilərdə şəffaflığın təmin olunması istiqamətində bu üsulun əhəmiyyətli olduğunu vurğulamışdır. Seçki məntəqələrinə  veb - kameraların quraşdırılması da şəffaflığın təmin olunmasında çox yüksək qiymətləndirilmişdir. Bütün bunlardan sonra  Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı beynəlxalq qüvvələrə müraciət edilməsinə dair fikirlərin səsləndirilməsi və ya hər hansı bir təklifin irəli sürülməsi   anormallıqdır. Belə riyakarlara xatırladırıq ki, Seçki Məcəlləsinə 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun, 28 iyun və 23 dekabr, 2007-ci il 16 iyun və 2008-ci il 2 iyun tarixdə edilmiş əlavə və dəyişikliklərdə də əsas məqsəd seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə əlverişli şəraitin  yaradılması, həmçinin  insanların seçmək və seçilmək hüququnu məhdudlaşdıran maddələrin aradan qaldırılması olmuşdur. Azərbaycanda  seçkilərin gedişini izləmiş  xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri seçkilərin mütəşəkkil, şəffaf, azad və ədalətli keçirildiyini çox yüksək qiymətləndirmişlər.

 Azərbaycan demokratik ölkədir və seçkiləri Azərbaycan hökuməti keçirir. Beynəlxalq təşkilatların və digər ölkələrin bu seçkilərə müdaxilə etmək hüququ yoxdur. Görünür, Rüstəm İbrahimbəyov hələ də bu qaydaları dərk etmək iqtidarında deyil. Bir də ki, onun  prezidentliyə namizədi olan Eldar Namazovun ictimaiyyət tərəfindən satqın, riyakar və üzüdönük kimi tanınması seçkilərdə məğlubiyyətini indidən sərtləndirir. Ümidlərini xarici düşmənlərimizə bağlayan kinorejissor da bunu hiss etdiyindən  yaşına yaraşmayan sərsəm fikirlər səsləndirir. Bu fikirdə olan  Rüstəm İbrahimbəyov  görünür,  hələ də satqınçılıq eyforiyasından  ayrıla bilməyib.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında