Şəki Şəhər İcra Hakimiyyəti Şəhərdə 2018-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinin, “İpək yolu” IX Beynəlxalq Musiqi Festivalının və Şəki Beynəlxalq Ənənəvi Şirniyyat Festivalının keçirilməsi üçün

  A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

 Lot -1. 2018-ci ildə Şəki şəhərində beynəlxalq tədbirlərin keçirilməsi üçün mehmanxana və restoran xidmətlərinin satınalınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar 70 manat məbləğdə pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu tender komissiyasından 2018-ci il martın 13-dən ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmalıdır.

Təşkilat: Şəki Y.X.O

H/h: AZ03AIIB32051019447000201170

VÖEN:3000104011

VÖEN:3000072051-İcra Hakimiyyəti

Bank: “Kapital Bank” Şəki filialı

Kod: 200703

VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T.BİK-AIIBAZ2x

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

 Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəyə, maliyyə və texniki imkanlara.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 aprel 2018-ci il saat 17.00-a qədər, tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı ilə birlikdə 24 aprel 2018-ci il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Şəki Şəhər İcra Hakimiyyətinə (2-ci mərtəbə, 3-cü otaq) təqdim edilməlidir.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır.

Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.

İddiaçıların tender zərfləri 25 aprel 2018-ci il saat 11.00-da Şəki Şəhər İcra Hakimiyyətində (3-cü mərtəbə, 1-ci otaq) açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Bu barədə məlumat www.tender.gov.az internet saytında yerləşdirilmişdir.

Tender haqqında məlumatları aşağıdakı ünvandan almaq olar:

Şəki Şəhər İcra Hakimiyyətinin tender komissiyası. (Şəki şəhəri, 20 Yanvar küçəsi8).

Əlaqələndirici şəxs: Qalib Abbasov, telefon - 02424 -4-37-22.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında