Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası 2018-ci ildə Rusiya və digər xarici markalı avtomobillər üçün ehtiyat hissələrinin və idarəyə lazım olan digər mal-materialların satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 

Tender 2(iki) lot üzrə keçirilir.

Lot -1. Rusiya və digər xarici markalı avtomaşınlar üçün ehtiyat hissələrinin satınalınması.

Lot -2. İdarəyə lazım olan digər mal-materialların satınalınması.

 İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.

 Üstünlük veriləcək meyarlar: ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələri), bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların cədvələ uyğun təhvili.

 Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının hesablaşma hesabına hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını ödədikdən sonra 2018-ci il aprelin 6-dək Bakı, N.Quliyev küçəsi, 5 nömrəli ünvanda əlaqələndirici şəxs A.Cəfərlidən ala bilərlər:

DXA

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

S.W.I.F.T. CTREAZ22

BBSİ Təcili Yardım Avtobazası

H/h: AZ10CTRE00000000000002128218

VÖEN: 1500247381

Büdcə təsnifatı kodu 142340

Büdcə səviyyəsi kodu 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanmış və möhürlənmiş olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

Tenderdə iştirak etmək istəyən iddiaçılar yuxarıda göstərilən sənədləri bir ədəd əsli, bir ədəd surəti (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 2018-ci il aprelin 6-dan gec olmayaraq təcili yardım avtobazasının tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə qoyaraq imzalanmış, möhürlənmiş şəkildə 17 aprel 2018-ci il saat 14.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan iddiaçılara qaytarılacaqdır.

Təklif zərfləri 18 aprel 2018-ci il saat
14.00-da təcili yardım avtobazasında açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

Telefon: 541-54-80.

 Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında