Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi

2018-ci ildə polis orqanlarında xidmətdə olan avtomobilləri markasına və buraxılış ilinə görə ehtiyat hissələri, müxtəlif ölçülü və markalı avtomobil şinləri və akkumulyator batareyaları ilə təmin etmək üçün

 

AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender 1 lot üzrə 26 aprel 2018-ci il saat 15 .00-da Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti 161) keçiriləcəkdir.

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə alınması nəzərdə tutulmuş avtoşinlərin, akkumulyator batareyalarının və müxtəlif markalı avtomobillər üçün ehtiyat hissələrinin satınalınması (sıyahı şərtlər toplusunda göstərilmişdir).

İddiaçılar iştirak etmək üçün 7259,25 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.

Dövlət Xəzinədarlıq Agentliyi

Kodu 210005

VÖEN :1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWİFT BİK CTREAZ22

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

Hh: AZ32CTRE00000000000002077770

VÖEN: 1500281641

 təsnifat kodu :142340

 BSK 7, tender.

İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dililndə tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

İştirak haqqı geri qaytarılmır.

Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- vergi orqanlarından müvafiq arayış;

- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- keyfiyyət sertifikatı;

Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənərək və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2018-ci il aprel ayının 25-i saat 17.00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış ,yəni 2018-ci il aprel ayının 17-si saat 17.00-dək satınalana çatdırılmalıdır.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsini və etibarlılığının olması;

- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar dekabr ayınadək DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Bazasına göndərilməlidir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Əlaqələndirici şəxslər – Zahid Sarıyev və Rövşən İbrahimov.

Telefonlar: 590-20-18, 590-20-68.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında