Azərbaycan Respublikasının Təhsil Nazirliyi

2018-2019-cu tədris ilində ümumi təhsili həyata keçirən dövlət təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsaitlərin) çapının satınalınması üçün

 

AÇIQ   TENDER   (MÜSABİQƏ)   ELAN   EDİR

 

Tender 4 lot üzrə keçirilir.

Lot-1. 81 adda 2683398 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapının satınalınması.

Lot-2.160 adda 3088582 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapının satınalınması.

Lot-3. 20 adda 464108 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapının satınalınması.

Lot-4. 71 adda 443218 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapının satınalınması.

I. Tender iştirakçıları yazılı ərizə ilə (lot(lar) göstərilməklə) müraciət etdikdən, seçdikləri hər bir lot üçün 100 (yüz) manat məbləğdə (heç bir halda geri qaytarılmayan) iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edirlər.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Bakı şəhəri, AZ1008, Хətai prospekti 49, Аzərbaycan Respublikasının Təhsil Nazirliyi, VÖEN: 1500046011, DXA, VÖEN: 1401555071, Коd: 210005, М/h: AZ41NABZ01360100000000003944, S.W.I.F.T. – CTREAZ22, H/h: AZ30CTRE00000000000002168501 Fond 7, Büdcə gəlirlərinin təsnifatı 142340 və s. daxil olmalar.

II. Satınalan təşkilat tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarını keçirəcəkdir. Malgöndərənin (podratçının) ixtisas uyğunluğu müraciət etdiyi lotların bütün tələblərinə cavab verməlidir. Malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər üzrə göstəriciləri iştirak etdiyi lot(lar) üzrə ixtisas tələblərinə cavab vermədiyi halda, tender komissiyası tərəfindən kənarlaşdırıla və iddiaçı statusu almaya bilər.

Malgöndərənin (podratçının) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün aşağıda sadalanan sənədlər 2018-ci il aprelin 6-dək tender komissiyasına təqdim olunmalıdır:

- Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydada 2018-ci ildə təsdiq edilmiş surəti;

- hüquqi şəxsin dövlət reyestrindən çıxarışının notariat qaydada 2018-ci ildə təsdiq edilmiş surəti;

- hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında 2018-ci ildə təsdiq edilmiş surəti;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədlərin təqdim edildiyi tarixə);

- Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı (sənədlərin təqdim edildiyi tarixə);

- son bir ildəki maliyyə dövriyyəsini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;

- son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat.

Malgöndərənin (podratçının) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

- malgöndərənlərin (podratçıların) satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovunun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması;

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

- işin icrası ilə bağlı subpodratçı qismində başqa müəssisələrdən istifadə olunub-olunmayacağı barədə məlumat. İcraçı submüqavilələrin icrasına görə satınalan təşkilat qarşısında məsuliyyət daşıyır. İşin yerinə yetirilməsi ilə bağlı submüqavilələrin ümumi məbləği müqavilənin dəyərinin 50 (əlli) %-dən çox ola bilməz. Submüqavilələrin bağlanması icraçını satınalma müqaviləsi üzrə öhdəliklərdən azad etmir. Subpodratçı olduğu halda həmin müəsisisə ilə tender iştirakçısı arasında bağlanmış niyyət protokolunun (və ya digər hüquqi sənədin) surəti, subpodratçının ixtisas uyğunluğu barədə geniş məlumat (iştirakçıdan tələb olunan qaydada) sənədlərə əlavə edilməlidir. Submüqavilələrin bağlanması və onlarda hər hansı dəyişikliklərin aparılması yalnız satınalan təşkilatın yazılı razılığı ilə olmalıdır;

- analoji işlər üzrə təcrübəsi barədə geniş məlumat. Son üç il ərzində dərslik komplektlərinin nəşri və çapı işləri üzrə uğurla icra edilmiş müqavilələrin əslinin surətləri təqdim edilməlidir.Malgöndərənin (podratçının) son 3 (üç) il ərzində dərslik komplektlərinin nəşri və çapı sahəsində uğurla yerinə yetirilmiş müqavilələrin məbləğləri hər bir lot üzrə aşağıdakı cədvəldə göstərilən minimal məbləğdən az olmamalıdır:

Lot nömrəsi

minimal müqavilə məbləği  manatla

 

Lot - 1

3.500.000,00

Lot - 2

3.900.000,00

Lot - 3

1.100.000,00

Lot - 4

750.000,00

 

 

Müəssisənin texniki imkanları haqqında məlumat - malgöndərən (podratçı) iştirak etdiyi lot(lar) üçün çap işlərinin tam həcmini həyata keçirmək üçün yerli istehsal gücünə (çap, qatlama, ipli tikiş, yığma və cildləmə avadanlıqlarına) malik olmalıdır.

Malgöndərən (podratçı) təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.

III. Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir, ixtisas uyğunluğu tələblərinə cavab verən malgöndərənlər (podratçılar) iddiaçı statusu alır və tenderdə iştirakını davam etdirir.

IV. Tenderin əsas şərtlər toplusunun təqdim edilməsindən sonra onun izahı ilə bağlı satınalan təşkilat iştirakçılarla görüş keçirə bilər.

V. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi və müqayisəsi əsas şərtlər toplusunda öz əksini tapır. Tender iştirakçısı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri və texniki xüsusiyyətlər və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilərlər.

VI. İddiaçılar əsas şərtlər toplusunda göstərilən bütün lotlar və ya iştirak etmək istədiyi lotlar üzrə yalnız bir tender (qiymət) təklifi verə bilər.

VII. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir, satınalan təşkilat həmin lot üzrə tenderin davamından imtina edir və təqdim olunan tender təklifləri açılmadan geri qaytarılır.

VIII.  Tender təklifi (qiymət təklifi) hər bir lot üzrə ayrı-ayrılıqda, eyni vaxtda təqdim olunmalıdır.

Tender təklifi zərflər açıldığı gündən sonra 90 (doxsan) bank günü qüvvədə qalır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır (konkret tarixlər göstərilməklə).

İddiaçı iştirak etdiyi hər bir lot üzrə qiymət təklifini, təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 1 (bir) faizi həcmində bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq bir ədəd əsli və bir ədəd surəti olmaqla, ayrı-ayrı zərflərə qoyulmaqla ümumi bir zərfin içində təqdim edir. Hər bir zərf üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunmaqla iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. İddiaçılar tender təklifi zərflərini 26 aprel 2018-ci il saat 18.00-dək tender komissiyasına təqdim etməlidirlər. Tender (qiymət) təklifləri olan zərflərin açılışı 27 aprel 2018-ci il saat 15.00-da Təhsil Nazirliyində keçirilir (iddiaçıların nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər).

IX. İxtisas göstəricilərinə və əsas şərtlər toplusunun tələblərinə cavab verən, ən sərfəli (aşağı) qiymət təklif etmış iddiaçılar tenderin qalibi olurlar.

X. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (dərslik və müəllim üçün metodik vəsaitlərin) təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.

XI. Tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

İşin icrasının başlanması tarixi – satınalma müqaviləsi imzalandığı gün.

İşin yerinə yetirilməsi müddəti – satınalma müqaviləsi imzalandığı gündən 60 təqvim günü.

Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti 49,

II mərtəbə, 203-cü otaq, tender üzrə əlaqələndirici şəxs- Yeganə İsmayıl qızı Manafova.

Əlaqə telefonları: İş: 599-11-55 (əlavə 5219)  599-11-55 (əlavə 5428)

Faks: 496-06-47

e-mail: [email protected]

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında