DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı 2018-ci ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün sürtkü materiallarının satınalınması məqsədilə

AÇIQ  TENDER  ELAN  EDİR

 

 Tender 1 lot üzrə keçirilir.

Lot-1. 2018-ci ildə polis orqanlarında xidmətdə olan avtomobillər üçün sürtkü materiallarının satınalınması.

Tender proseduru 23 aprel  2018-ci il saat 16.00-da Avtomobil Təsərrüfatının inzibati binasında (Bakı, Sabunçu rayonu, Maştağa şosesi) keçiriləcəkdir.

Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatına satınalınması nəzərdə tutulan sürtkü materiallarının  siyahısı şərtlər toplusunda göstərilmişdir.

İddiaçılar tenderdə iştirak etmək üçün
6 min manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir/hesab: AZ 41 NABZ 01360100000000003944

SWİFT BİK CTREAZ22

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

Hesab: AZ 32 CTRE 00000000000002077770

VÖEN: 1500281641

BTK  142340  BSK 7  Tender

İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.

İştirak haqqı geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı;

-təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- vergi orqanlarından müvafiq arayış;

- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- keyfiyyət sertifikatı.

Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur.

Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, 12 aprel 2018-ci il  saat 17.00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

Digər sənədlər tender prosedurunun
başlanmasına azı 7 bank günü qalmış,
20 aprel 2018-ci il saat 17.00-dək satınalana çatdırılmalıdır.

Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;

- ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satın alınacaq əmlaklar sentyabr ayınadək  DİN-in Avtomobil Təsərrüfatına göndərilməlidir.

Tender proseduru  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Əlaqələndirici şəxs - Sahib İskəndərov.

Telefon: 551-12-72.

Faks: 565-25-44.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında