Azərbaycan Respublikası Təhsil Nazirliyi

birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların 2018-ci ilin may-dekabr ayları ərzində yeməklə təminatı ilə bağlı xidmətlərin satınalınması məqsədilə açıq tender elan edir

Təhsilalanların yeməklə təminatı ilə bağlı xidmətlər, adları və ünvanları aşağıda göstərilən 51 təhsil müəssisəsini əhatə edəcəkdir:

 

Sıra N-si

 Təhsil müəssisəsinin adı

 Yerləşdiyi ünvan

1

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey

Bakı şəhəri, S.Dadaşov küçəsi, 555-ci məhəllə

2

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası

Bakı şəhəri, F.Yusifov küçəsi, 39

3

Kimya-Biologiya Təmayüllü Respublika Liseyi

Bakı şəhəri Ş.Mirzəyev küçəsi, 53

4

Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası

Bakı şəhəri, H.Cavid prospekti, 506-cı məhəllə

5

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya

Bakı şəhəri, Qaraçuxur qəsəbəsi

6

A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziya

Bakı şəhəri, “Şimal DRES” qəsəbəsi, L.Starçuk,1

7

10 nömrəli Sanatoriya Tipli İnternat Məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, Hüseynbala Əliyev küç.18A

8

8 nömrəli Sanatoriya Tipli İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 1

9

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 1 nömrəli Tam Orta İnternat Məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 25

10

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 2 nömrəli Ümumi Orta İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 29

11

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 56

12

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 3

13

Sağlamlıq İmkanları Məhdud və Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, 35

14

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 77

15

E.Mirzəyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, 1

16

E.Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 24

17

11 nömrəli İnteqrasiya təlimli internat məktəbi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi,12

18

Nizami rayonu 3 nömrəli Xüsusi Ümumtəhsil Məktəbi

Bakı şəhəri, Nizami rayonu,Şərifli küçəsi, 3

19

Nəsimi rayonu, 11 nömrəli Xüsusi Təhsil Məktəbi

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, 138

20

Nəsimi rayonu, 268 nömrəli Xüsusi Təhsil Məktəbi

Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, 38

21

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 12 nömrəli Xüsusi İnternat Məktəbi

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 43A

22

Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsi, 3

23

Sumqayıt Şəhər İnternat Tipli Gimnaziya

Sumqayıt şəhəri, Mehdi Hüseyn küçəsi ,6

24

Sumqayıt Şəhəri general M.Əsədov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 11v

25

Sumqayıt Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Məmmədquluzadə küçəsi

26

Gəncə Şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya

Gəncə şəhəri, Bağbanlar küçəsi,18

27

Gəncə Şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziya

Gəncə şəhəri, H.Əliyev prospekti, 208

28

Gəncə Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Gəncə şəhəri, Gəncə prospekti, Nizami küçəsi, 235

29

Goranboy Şəhər R.Ağakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Goranboy şəhəri, M.Məhərrəmov küçəsi, 23

30

Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Şəki şəhəri, M.F.Axundov prospekti, 164

31

Mingəçevir Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 1

32

Balakən rayonu İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Balakən şəhəri, H.Əliyev küçəsi, 77

33

Salyan Şəhər A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, 62

34

Siyəzən Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 2

35

Neftçala Şəhər M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi

36

 Lerik Şəhər V.İbrahimov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Lerik şəhəri, A.Əsədullayev küçəsi, 9

37

Zaqatala Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Zaqatala şəhəri, Saleh Qocayev küçəsi, 1A

38

Bərdə Şəhər R.N.Musayev İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Bərdə şəhəri, M.Müşfiq
küçəsi, 3

39

Göyçay Şəhəri S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Göyçay şəhəri, R.Rza küçəsi, 130

40

Tovuz rayonu İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi

41

Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziya

Lənkəran şəhəri, Z.Əliyeva, 94

42

Lənkəran Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya

Lənkəran şəhəri, Füzuli küçəsi, 125

43

Şamaxı rayonu Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya

Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küç.,25

44

Ağdaş rayon M.Şeyxzadə adına İnternat Tipli Texniki, Humanitar və Təbiət fənləri Təmayüllü Gimnaziya

Ağdaş şəhəri, H.Əliyev prospekti, 98

45

Füzuli rayonu M.Xəzani adına Musiqi Təmayüllü Gimnaziya

Füzulu rayonu, Əhmədbəyli kəndi

46

Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü Lisey

Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 1

47

Quba şəhəri Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbi

Quba rayonu, Zərdabi qəsəbəsi

48

Rüfət Kəlibiyev adına Xınalıq Tam Orta İnternat Məktəbi

Quba rayonu, Xınalıq kəndi

49

Mingəçevir Şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzi

Mingəçevir şəhəri, N.Nərimanov prospekti, 119

50

Quba Peşə Liseyi

Quba şəhəri, C.Hacinski küçəsi, 1

51

Quba Xüsusi Peşə Məktəbi

Quba şəhəri,Y.Qasımov küçəsi, 1

 

 

Yuxarıda adları çəkilən təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatındakı təhsilalanların yeməklə təchizatı təhsil müəssisələrinin təqdim etdikləri gündəlik sifarişləri əsasında müvafiq menyulara uyğun olaraq həyata keçirilməlidir.

Tender təkliflərinin qiymətləndirilməsi iddiaçıların təhsil müəssisələrində təhsilalanların yeməklə təchizatı üzrə xidmətlərin keyfiyyətli və standartlara uyğun olaraq yerinə yetirilməsinə təminat kimi, aidiyyəti sənədləri (sertifikat və sair) təqdim etdiyinə, bu sahədə təcrübəsinə və ixtisaslaşmış kadrlarının ­olmasına, maddi-texniki bazasının vəziyyətinə, maliyyə imkanlarına, maliyyə resurslarının qaneedici olmasına, etibarlılığına, tenderə təqdim olunmuş sənədlərinin tamlığına və dürüstlüyünə, həmçinin tender təklifinin qiymətinə görə bal sistemi ilə həyata keçiriləcəkdir.  

Tenderdə iştirak etmək istəyənlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə (VÖEN:1500046011, hesablaşma hesabı №AZ30CTRE00000000000002168501, büdcə təsnifatı:7/142340, Dövlət Xəzinədarlığı Agentliyi kod:210005, müxbir hesab AZ41NABZ01360100000000003944, VÖEN:1401555071, S.W.İ.F.T. BİK CTREAZ22, fond 7, büdcə gəlirlərinin təsnifatı 142340 “Sair daxilolmalar”) 1000 (bir min) manat məbləğdə iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasının əlaqələndiricisi İradə Mirzəhmədovadan ala bilərlər (BakI, Xətai prospekti, 49, 308-ci otaq, telefon: (012) 599-11-55 (daxili 5249). Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tender təklifləri istisna olmaqla ixtisas uyğunluğu barədə aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub). Müraciətdə iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri barədə məlumatlar öz əksini tapmalıdır;

 -iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

 -hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin notarial qaydada 2018-ci ildə təsdiq olunmuş surəti;

 -vergi borcunun olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış;

 -icbari sosial sığorta ayırmaları üzrə borcun olub-olmaması haqqında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş arayış;

 -iddiaçının son bir ildə maliyyə vəziyyəti barədə bank arayışı və bank rekvizitləri;

 -son bir ildə maliyyə vəziyyətini əks etdirən balansın surəti;

 -son iki ildə təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan təhsilalanların yeməklə təchizatı sahəsində fəaliyyəti barədə (yeməklə təchiz olunmuş təşkilatların siyahısı göstərilməklə) ətraflı məlumat.

 -maddi-texniki və kadr potensialı haqqında ətraflı məlumat. Təhsilalanların yeməklə təchizatı ilə bağlı xidmətlərin görülməsi üçün potensial imkanları (şəbəkə) barədə məlumat da öz əksini tapmalıdır;

 -xidmətlərin görülməsi zamanı ictimai iaşə sistemində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul olunmuş İSO 22000:2005 (HACCP sistemi) beynəlxalq statuslu standartlara (prinsiplərə) riayət edilməsi, bununla əlaqədar müvafiq sertifikatın mövcudluğu haqqında geniş məlumat (sertifikat olduğu halda təqdim edilməklə);

 -SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit) siyasətinə riayət olunması barədə məlumat;

 -beynəlxalq standartlaşdırma təşkilatları tərəfindən qəbul olunmuş qida məhsullarının təhlükəsizliyinin idarəetmə sistemlərinə dair proqramlar üzrə təlim keçən işçilər barədə məlumat,

 -öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

 -müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması haqqında məlumat;

-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

-subpodratçı qismində başqa müəssisələrdən istifadə olunub-olunmayacağı barədə məlumat. Əgər istifadə olunacaqsa həmin müəssisə ilə tender iştirakçısı arasında bağlanılmış niyyət protokolunun və ya digər hüquqi sənədin surəti. Submüqavilənin bağlanılması və onlarda hər hansı bir dəyişikliyin edilməsi satınalan təşkilatın yazılı razılığı ilə olmalıdır.

Göstərilən sənədlər (tender təklifləri istisna olmaqla) tələb olunan qaydada hazırlanıb, 2018-ci ilin aprelin 10-dək tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar.

İddiaçılar tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq hazırlayaraq ikiqat bağlı zərfdə (əsli və surəti) 24 aprel 2018-ci il, saat 17-00 kimi tender komissiyasına təqdim etməlidirlər. Təklif zərflərinin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb, möhürlənməli, satınalan təşkilatın,iddiaçının adı və ünvanı qeyd olunmalıdır. Təkliflər, zərflər açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır.

İddiaçılar tender təklifləri ilə birlikdə tender təklifinin 2 faizi həcmində tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olan bank təminatını təqdim etməlidirlər.    

Satınalan təşkilatın müəyyən etdiyi vaxtdan sonra təqdim olunan tender təkliflərinə komissiyada baxılmayaraq, zərflər açılmadan geri qaytarılacaqdır.

Açıq tender proseduru 25 aprel 2018-ci il saat 12.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyinin iclas zalında (IV mərtəbə) keçiriləcəkdir.

Açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender iddiaçılarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən sənədləri və təklifləri təqdim etmələri onların tender təkliflərinin kənarlaşdırılmasına səbəb ola bilər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında