Şriftin ölçüsü:
18.02.2011 12:35 | Oxunma sayı: 544
Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzində yerləşən server otaqlarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar təmir-tikinti işlərinin görülməsi və nəmişlik sistemlərinin alınıb quraşdırılması üçün
TENDER ELANI
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:
Birinci lot- Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzində yerləşən server otaqlarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar təmir-tikinti işlərinin görülməsi.
İkinci lot- Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzində yerləşən server otaqlarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar nəmişlik sistemlərinin alınıb quraşdırılması üçün açıq tender keçirir.
Tender proseduru 28 mart 2011-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- Azərbaycan dilində iki nüsxə tender təklifi (Tender təklifi 10 may 2011-ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada). Bank təminatı 23 iyun 2011-ci il tarixədək qüvvədə olmalıdır;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.
Qeyd olunan sənədlərlə yanaşı hər bir lot üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:
1-ci lot üzrə - işin layihə sənədləri, malların texniki xüsusiyyətləri, standartları;
2 - ci lot üzrə işin layihə sənədləri, avadanlıqların texniki xüsusiyyətləri, sertifikatları, standartları, müvafiq sistemlərin quraşdırılması və onlara texniki qulluq sahəsində iddiaçının müştərilərə göstərdiyi xidməti əks etdirən məlumatlar.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 18 mart 2011-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 10 mart 2011-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 nömrələri ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 1-ci lot üzrə 50 manat, 2-ci lot üzrə 200 manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № 0170690001944 kod 501004, VÖEN 9900071001, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. İşlərin görülməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
İşlərin görülməsi müddəti: 1-ci lot üzrə - 40 (qırx) iş günü; 2-ci lot üzrə 70 (yetmiş) iş günü.
6. Qiymətləndirmə meyarları: maliyyə amili, texniki amillər, o cümlədən keyfiyyət amili və zəmanət şərtləri.
7. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını (arayışlarını) təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Tender üzrə əlaqələndirici şəxs: Adil Sadıqov (İnzibati departamentin əməkdaşı).
Telefon: 493-11-22 (2-95).
{nl}
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.