Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyi

2011-ci il üçün Sumqayıt şəhərində xiyaban, park, səki və yolların təmiri məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçiriləcəkdir.
LOT-1. Xiyaban, park, səki və yolların təmiri.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən LOT üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
LOT-1. Xiyaban, park, səki və yolların təmiri aprel-oktyabr aylarında.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Qəhrəmanov M.H.
Tel: 2-00-61; 4-46-42
Ünvan: Sumqayıt şəhəri, 4-cü mr\n ev 27a
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
LOT-1 üzrə cəmi 430 manat;
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər.
Təşkilat: Sumqayıt şəhər MKTİİB
Hesablaşma hesabı:
33301019449616656213
VÖEN: 2900107661
Bank: ABB ASC-nin Sumqayıt filialı
VÖEN: 9900001881
Kod: 805658
Müxbir hesab: 137010002944
S.W.I.F.T. BİK - İBAZAZ 2X
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1% həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.
İddiaçılar haqqında tələb olunan sənədlərin nümunə forması yuxarıda göstərilən ünvandan alına bilər və iddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) həmin ünvana 4 aprel 2011-ci il tarixə qədər təqdim etməlidirlər.
İddiaçılar LOT üzrə tender təkliflərini 12 aprel 2011-ci il saat 18.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 13 aprel 2011-ci il saat 11.00-da Sumqayıt şəhəri, 4-cü mr\n, 27a nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

{nl}


Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında