Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi (BMTVİL). MARAQ MƏKTUBLARININ QƏBUL EDILMƏSINƏ DAIR ELAN

 

{nl}

Azərbaycan
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi (BMTVİL)
Layihə İdarəetmə Qrupu (LİQ)
Balaxanı poliqonunda və digər sahələrdə işin nəzarəti üzrə məsləhət xidmətləri
Kredit №: 7549-AZ
Layihə ID №: P110679

{nl}

Maraq məktublarının qəbul edilməsi

{nl}

İqtisadi İnkişaf Nazirliyi Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsini (BMTVİL) həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini Balaxanı poliqonunda və digər sahələrdə işin nəzarəti üzrə məsləhət xidmətlərinə yönəltmək niyyətindədir.

{nl}

Bu məsləhət tapşırığının ümumi məqsədi layihənin bir sıra elementləri ilə əlaqədar olan tikinti işlərinin faktiki icrası üçün texniki dəstəyin təmin edilməsidir. Bu işlərə ən azı aşağıdakı qeyd edilmiş tədbirlər aiddir:
• Balaxanı poliqonunda tükənmiş sahələrin bağlanılması və ya bərpası,
• Ən azı 5 il davam edəcək bərk məişət tullantılarının yerləşdirilməsi üçün yeni hüceyrələrin qurulması,
• Qaradağ və Suraxanı tullantı poliqonlarının bağlanılması və ya bərpası,
• Böyük Bakı layihə ərazisində bütün qanunsuz zibilliklərin bağlanılması ilə əlaqədar monitorinq və nəzarətin keçirilməsi.

{nl}

Yuxarıda göstərilən fəaliyyəti yerinə yetirmək üçün satınalınan podratçı tərəfindən görülən bütün tikinti işlərinin nəzarəti və monitorinqi üzrə məsləhətçi məsuliyyət daşıyacaq.

{nl}

Bu tapşırıq məsləhətçi tərəfindən təqdim olunan sahə üzrə beynəlxalq və yerli ekspertlərin qarışıq komandası və podratçı tərəfindən həyata keçirilən işin nəzarəti və monitorinqi ilə bağlı fəaliyyətin bütün sahələrdə qənaətbəxş icrasını tamamilə təmin edən dəstək qrupunun heyəti tərəfindən həyata keçiriləcək.

{nl}

Layihə İdarəetmə Qrupu müvafiq məsləhətçi şirkətləri xidmətlərin təmin edilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Xidmətlərin həyata keçirilməsində maraqlı olan şirkətlər müvafiq təcrübə və ixtisaslarını göstərən məlumatları (broşür, bənzər xidmətlərin təsviri, oxşar şəraitdə qazanılmış təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması haqqında məlumatlar və s.) təmin etməlidirlər. Məsləhətçi şirkətlər təyinat üzrə işlərin yerinə yetirilməsi üçün əməkdaşlıq qura bilərlər.

{nl}

Məsləhətçi "Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və Fəaliyyəti Üzrə Təlimatlarında" (2004-cü il may ayı, 2006-cı ilin oktyabr ayında yenidən qəbul olunmuşdur) göstərilən prosedurlara müvafiq olaraq Keyfiyyət və Qiymət Əsaslı seçim (KQƏS) metoduna əsasən seçiləcək.

{nl}

Maraqlanan məsləhətçilər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər (Bazar ertəsindən cümə gününədək Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a kimi).

{nl}

Maraq məktubları 21 fevral 2010-ci il tarixinədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir. Maraq məktubları elektron formatda və ya çap olunmuş surətdə təqdim oluna bilər.

{nl}

Bərk Məişət Tullantıları Vahid İdarəçiliyi(BMTVİ) Layihəsi
Satınalma üzrə mütəxəssis Hüseynqulu İsmayılov
Xocalı pr. 55, AĞA İş Mərkəzi, AZ1025, Bakı, Azərbaycan
Tel: (+99412) 4644156
Fax: (+99412) 4644157
E-mail: [email protected]
www.iswm.az  

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında