Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi . MARAQ MƏKTUBLARININ QƏBUL EDILMƏSINƏ DAIR ELAN (MƏSLƏHƏT XIDMƏTLƏRI)

Azərbaycan
Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi (BMTVİL)
Layihə İdarəetmə Qrupu (LİQ)
Məişət tullantıların idarəçiliyinə dair milli qiymətləndirmə üzrə məsləhət xidmətləri
Kredit №: 7549-AZ
Layihə İD №: P110679

{nl}

Maraq məktublarının qəbul edilməsi

{nl}

Azərbaycan Hökuməti Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini məsləhət xidmətlərinə yönəltmək niyyətindədir. Xidmətlərə bərk məişət tullantıları üzrə əsas kommunal xidmətləri, o cümlədən toplanma, bərpa və utilizasiya prosesləri üzrə gələcək investisiyalar, vəzifələr, fəaliyyətlər və hədəflər üçün əsas yaradacaq Milli Strateji Planının hazırlanmasında Azərbaycan Hökumətinə dəstək daxildir. Hökumət tərəfindən Milli Strategiyanın yekun təsdiqi
Milli Strategiyanın və hər hansı qüvvədə olan qanun və normativlərin vəzifə və hədəflərini yerinə yetirmək üçün qısa və uzun müddətli fəaliyyət planlarının və proqramlarının yerli inkişafı ilə müşayiət olunacaq. Milli strategiyanın məqsədi bütün şəhər və kənd əraziləri daxil olmaqla ölkə boyu etibarlı, davamlı və vahid bərk məişət tullantıları idarəçiliyi proqramını həyata keçirməkdir.

{nl}

İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılmış Layihə İdarəetmə Qrupu (LİQ) məsləhətçi şirkətləri qeyd olunan xidmətlərin təmin edilməsində maraqlı olduqlarını bildirməyə dəvət edir. Bu tapşırıq üzrə məsləhət xidmətlərinə əsasən müxtəlif bölgələrdə bələdiyyələr üzrə bərk məişət tullantılarının yaranması, toplanması və utilizasiyası ilə bağlı və bu məlumata əsaslanan (1) ilkin sahə məlumatlarının toplanması (məsələn, tullantıların tərkibi; tullantıların həcmi; toplama/utilizasiya avadanlığı və qurğuları, cəlb olunmuş tərəflər; institusional vəzifələr; tariflər) (2) sistemin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması daxildir. Xidmətlərin həyata keçirilməsində maraqlı olan məsləhətçi şirkətlər müvafiq təcrübə və ixtisaslarını (broşür, bənzər xidmətlərin təsviri, oxşar şəraitdə qazanılmış təcrübə, işçi heyətinin müvafiq təcrübəyə malik olması haqqında məlumatlar və s.) və Azərbaycanda və ya bu regionda iş təcrübəsini göstərən məlumatları təmin etməlidirlər. Məsləhətçi şirkətlər təyinat üzrə işlərin yerinə yetirilməsi üçün konsortsium qura bilərlər.

{nl}

Məsləhətçi şirkətlərin seçim prosesi Dünya Bankının satınalma təlimatlarında göstərilən prosedurlara əsasən"Dünya Bankının Borc Alanları Tərəfindən Məsləhətçilərin Seçilməsi və Fəaliyyəti Üzrə Təlimatlarında" (2004-cü il may ayı, 2006-cı ilin oktyabr və 2010-cu ilin may ayında yenidən qəbul olunmuşdur) müvafiq olaraq Məsləhətçilərin Kvalifikasiyası Əsasında Seçim (MKƏS) metodu ilə aparılacaqdır.

{nl}

Məsləhətçi şirkətlər əlavə məlumatı aşağıda göstərilən ünvanda əldə edə bilərlər. (Bazar ertəsindən cümə gününədək həftənin bütün günləri Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a kimi).

{nl}

Maraq məktubları 18 fevral 2011-ci il tarixinədək, Bakı vaxtı ilə saat 17:00-dan gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.

{nl}

Bərk Məişət Tullantıları Vahid İdarəçiliyi Layihəsi (BMTVİL)
Satınalma üzrə mütəxəssis Hüseynqulu İsmayılov
Xocalı pr. 55, AĞA İş Mərkəzi, AZ1025, Bakı, Azərbaycan
Tel: (+99412) 4644156
Fax: (+99412) 4644157
E-mail: [email protected]

www.iswm.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında