Yevlax Suvarma Sistemləri İdarəsi 2018-ci ildə təmir işləri üçün inşaat materialları və torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına, avtomaşınlara ehtiyat hissələrinin satınalınması ilə əlaqədar

AÇIQ  TENDER  ELAN  EDİR

 

 Tender 2 lot üzrə keçirilir:

 Lot-1. Əsaslı və cari təmir işləri üçün yerli inşaat materiallarının satınalınması.

 Lot-2. Torpaqqazan mexanizmlərə, mexaniki və elektrik avadanlıqlarına, avto- maşınlara ehtiyat hissələrinin satınalınması.

 Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq göstərilən lotlar üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikiqat bağlamada yazılı təqdim etsinlər.

 Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

 -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

 Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.

 Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

 Əlaqələndirici şəxs: Bədəlov Oktay Həsən oğlu. Telefon -050-553-17-69.

 Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra göstərilən ünvandan ala bilərlər. Yevlax rayonu, Aran qəsəbəsi, Suvarma Sistemləri İdarəsi.

 İştirak haqqı Lot-1 55 manat, Lot-2 isə 45 manatdır.

 İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

 Bank: Dövlət Xəzinədarlıq Agentliyi

 KOD: 210005

 VÖEN: 1401555071

 M/h: AZ41NABZ01360100000000003944

 SWIFT BIK: CTREAZ22

 Təşkilat: Suvarma Sistemləri İdarəsi

VÖEN: 2200071801

 “Azərbaycan Beynalxalq Bankı” ASC

 Hh: AZ91CTRE000 00000000002355001

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçıların tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

-iddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında məlumat;

-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

-tender təkliflərinin təminatı (vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış);

-tender təklifi zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır.

Tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra 60 bank günü qüvvədə olmalıdır).

 İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 26 yanvar 2018-ci il saat 17.00-a kimi Yevlax Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Bu tarixdən gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

 İddiaçılar tender təklifi və bank zəmanətini 5 fevral 2018-ci il saat 17.00-a kimi təqdim etməlidirlər.

 Təklif zərfləri 6 fevral 2018-ci il saat 11.00-da Yevlax Suvarma Sistemləri İdarəsində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında