Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Maliyyə Nazirliyinin S.Vurğun küçəsi 83 nömrəli ünvanda yerləşən inzibati binasının söküntü işlərinin aparılması məqsədilə
T E N D E R E L A N E D İ R
Tenderi keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi.
Ünvan: Bakı şəhəri Az 1022, S.Vurğun küçəsi, 83
1.Keçiriləcək tenderdə Maliyyə Nazirliyinin S.Vurğun küçəsi, 83 nömrəli ünvanda yerləşən inzibati binasının söküntü işlərinin aparılması təklif olunur:
2.Tender proseduru 2011- ci il mart ayının 28-i saat 10.00-dan Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatı rəhbərinin otağında ( IV mərtəbə, otaq 404-406 №li ) keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. tenderdə iştirak etmək üçün ərizə;
3.2. iştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4.Tender təklifləri 2011-ci ilin mart ayının 14-ü saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə-inzibati şöbəsinə təqdim olunmalıdır.
4.1. tenderdə inşaat işlərilə məşğul olmaqla maliyyə imkanları olan, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar iştirak edə bilərlər;
4.2.tenderdə vasitəçilik fəaliyyətini həyata keçirən və maddi-texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr iştirak edə bilməzlər;
4.3.tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən, işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir;
4.4. iddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
5.1. adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
5.2. texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
5.3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəlikləri olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
5.4. son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
6. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.
7. Maliyyə Nazirliyinin S.Vurğun küçəsi, 83 nömrəli ünvanda yerləşən inzibati binasının söküntü işlərinin aparılması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün 500 manat ödədikdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi Hesablaşma hesabı: 33205019449328518204,
VÖEN 1700341881
Bank: Azərbaycan Respublikası Beynəlxalq Bankı Kod: 805722,
Müxbir hesab: 0137010002944
VÖEN 9 900 001 881,
S.W.İ.F.T. Bik: İB AZ. Az 2 X
8. Təkliflərin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Maliyyə Nazirliyinin maliyyə - inzibati şöbəsinin müdiri vəzifəsini icra edən E. Mahmudovdur. Əlavə məlumat almaq üçün 2011-ci il fevralın 3-dən 2011-ci il martın 18-dək saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13-dən 14-dək).
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022,
S.Vurğun küçəsi, 83, II mərtəbə, 215-ci otaq.
Telefon: (99412) 404-47-48
Faks: (99412) 404-47-20 404-47-21 9.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
10. Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

{nl}


Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında