AÇIQ TENDER ELAN EDİR
Lot –1. İnzibati binada quraşdırılmış yanğın siqnalizasiya sistemlərinə texniki xidmətin satınalınması.
Lot –2. İnzibati binada quraşdırılmış azot qazı ilə doldurulmuş (FM200) yanğınsöndürmə sisteminə texniki xidmətin satınalınması.
Lot –3. İnzibati binada quraşdırılmış yanğınsöndürmə sistemlərinə və avadanlıqlarına (nasoslar, drençerlər, spinkerlər, balonlar, hidrantlar) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satınalınması.
Lot – 4. İnzibati binada quraşdırılmış liftlərə (6 sərnişin və 2 yük lifti) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satınalınması.
Lot – 5. İnzibati binada quraşdırılmış transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğularına texniki xidmətin satınalınması.
Lot – 6. İnzibati binada quraşdırılmış su nasoslarına və sisteminə texniki xidmətin satınalınması.
Lot – 7. İnzibati binada quraşdırılmış ümumi soyutma qurğularına (Chiller) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satınalınması.
Lot – 8. İnzibati binada quraşdırılmış kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satınalınması.
Lot – 9. İnzibati binada quraşdırılmış bina idarəetmə sisteminə (BMS) texniki xidmətin satınalınması.
Lot – 10. İnzibati binada quraşdırılmış sutəmizləyici qurğulara texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satınalınması.
Lot – 11. İnzibati binada quraşdırılmış 2 qazan, 2 odluq (brülör) və 2 ehtiyat isti su çənlərinə (boiler) texniki xidmətin satınalınması.
Lot – 12. İnzibati binada quraşdırılmış serverlər üçün soyutma qurğularına (Crack) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satınalınması.
Lot – 13. İnzibati binada quraşdırılmış fasad təmizləmək üçün nəzərdə tutulan avadanlıqlara (Mars 313A və mars 315A) texniki xidmətin satınalınması.
Lot – 14. İnzibati binada quraşdırılmış generatorlara texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satınalınması.
Lot – 15. İnzibati binada quraşdırılmış təhlükəsizlik üzrə mühəndis-texniki avadanlıqlara texniki xidmətin satınalınması.
Lot – 16. İnzibati binada quraşdırılmış ümumi havalandırma qurğuları üçün qayış və filtrlərin satınalınması.
Lot – 17. İnzibati binada quraşdırılmış kəsintisiz güc mənbələri (UPS) üçün akkumulyatorların satınalınması.
Lot –18. Dəftərxana ləvazimatlarının satınalınması.
Lot –19. Kargüzarlıqla bağlı çap işlərinin satın alınması (qeydiyyat jurnalı, təbrik qovluğu, vizit kartı, açıqca, zərf və s.).
Lot --20. İT sistemlərində mövcud lisenziyanın müddətinin uzadılması, funksionallığın sayının artırılması və bəzi yeni lisenziyaların satınalınması.
• Oracle lisenziyalarının 1 il müddətinə uzadılması;
• Adobe lisenziyasının 1 il müddətinə uzadılması;
• Symantec (Backup Exec) lisenziyalarının 1 il müddətinə uzadılması;
• Variphy Insight Annual Subscription lisenziyasının 1 il müddətinə uzadılması;
• Microsoft - yeni lisenziyaların alınması;
• Crystal Report - yeni lisenziyanın alınması;
• Skybot Scheduler - yeni lisenziyaların alınması;
• Vmware - yeni lisenziyaların alınması;
Lot –21. Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satınalınması.
Lot –22. HP, Dell, EMC, Cisco və s. markalar üzrə əsas avadanlıqların (kompüter monitorları, kompüterlər (laptop), server avadanlıqları və s.) satınalınması.
Lot--23: İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub və s.) texniki xidmətin satınalınması.
Lot—24. Mühafizə olunan sahədə siqnalizasiya informasiya sistemi üzrə texniki xidmətin satınalınması.
Lot –25. Perimetrə giriş-çıxışı idarəetmə informasiya sistemləri üzrə texniki xidmətin satınalınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin
29 dekabr 1999-cu il tarixli, 240 №-li fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla
http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.
Tender prosedurları 2 fevral 2017-ci il yerli vaxtla saat 10.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılışı ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
-tenderdə iştirak etmək üçün ərizə;
-podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-podratçının ixtisas göstəricilərinə dair məlumat;
-tender təklifi tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə;
-podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.
Podratçılardan tələb olunan sənədlər 23 yanvar 2017-ci il yerli vaxtla 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 1 fevral 2017-ci il yerli vaxtla 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Hər bir Lot üçün iştirak haqqı 100 (yüz) manat məbləğdə müəyyən edilmişdir. Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara müvafiq Lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165.
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılışında iştirak edə bilərlər.
Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu-- (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot 1-19 üzrə Elşad Bağırov (dax.: 1010), Lot 20-23 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot 24-25 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.