Tender 10 lot üzrə keçirilir:
Lot-1. Gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yola salınması məqsədilə mədəni-kütləvi tədbirlərin təşkilinin satınalınması.
Lot-2. 9 noyabr – Dövlət Bayrağı günü münasibətilə "Üçüncü Bayraq Festivalı"nın keçirilməsinin satınalınması.
Lot-3. "Azərbaycanda İslam dünyası və multikulturalizm dəyərləri" mövzusunda gənc fotoqrafların sərgisinin təşkilinin satınalınması.
Lot-4. Gənc caz ifaçılarının "İ am jazzman" musiqi müsabiqəsinin təşkilinin satınalınması.
Lot-5. Gənclər arasında mədəni irsin təbliği məqsədilə "Sarı gəlin" layihəsinin həyata keçirilməsi üçün təşkilati işlərin yerinə yetirilməsinin satınalınması.
Lot-6. "İdeya var" I Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin təşkilinin satınalınması.
Lot-7. Respublikanın rayon və şəhərlərində narkomaniyaya qarşı mübarizə məqsədilə "Həyatla oyun" və insan alverinə qarşı mübarizə məqsədilə "Günahsız günahkarlar" adlı tamaşaların nümayişinin təşkilinin satınalınması.
Lot-8. VIII Beynəlxalq Uşaq Muğam Festivalının təşkilinin satınalınması.
Lot-9. "Dünya Azərbaycanlılarının Həmrəylik günü" münasibətilə "Vətənə xidmət edirəm" adlı mədəni-kütləvi tədbirin təşkilinin satınalınması.
Lot-10. Yeni illə əlaqədar sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün şənliyin təşkilinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 465- 84-16 nömrəli telefona müraciət edə bilərlər.
İddiaçılar hər lot üçün 100 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi, 4, II mərtəbə, Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektoru) ala bilərlər.
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kod : 210005
M/H: AZ 41 NABZ 01360100000000003944
VÖEN: 1401555071
SWIFT: CTREAZ22
Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/H: AZ 50 CTRE00000000000002147771
VÖEN: 1500171121
Büdcə səviyyəsinin kodu: 7
Təsnifat kodu: 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 23 sentyabr 2016-cı il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 30 sentyabr 2016-cı il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər qəbul olunmayacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə
3 oktyabr 2016-cı il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.