MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT
Kredit No.8286-AZ
Tapşırığın məqsədi: heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması
İstinad nömrəsi: A3/CS-15
Azərbaycan Hökuməti Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin maliyyələşdirilməsi məqsədilə Dünya Bankından kredit vəsaiti əldə etmişdir və bu vəsaitin bir hissəsinin məsləhətçilik xidmətlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulmuşdur.
Məsləhətçilik xidmətlərinə (xidmətlər) heyvanların identifikasiyası və qeydiyyatı sisteminin (HİQS) yaradılması və milli baytarlıq (heyvan sağlamlığı) İnformasiya Sisteminin (MBİS) təkmilləşdirilməsi üçün strateji planın hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dəstəyin göstərilməsi daxildir. Strateji plan həmçinin, heyvanların qeydiyyatı sisteminin heyvan sağlamlığı üzrə informasiya sistemi və heyvanların izlənməsi kimi digər komponentləri də əhatə edəcək. Strateji plan heyvanların identifikasiyası və qeydiyyatı sisteminin məqsədlərini, onun növünü və elementlərini, sistemin yaradılması üçün iş həcmini, iştirakçı tərəflər və onların ehtiyaclarını, məlumatların yığılması, saxlanması, emalı və hesabat verilməsi üçün qaydalar və prosedurları müəyyənləşdirəcək, eyni zamanda sistemin proqram təminatını hazırlamaq və informasiya texnologiyaları infrastrukturunu qurmaq üçün zəruri olan informasiya texnologiyaları ilə bağlı tələbləri təyin edəcəkdir. Məsləhətçi həmçinin, tələb olunan hüquqi və institusional dəstəyi müəyyənləşdirməli, insan resursları və büdcə ilə bağlı tələbləri təyin etməlidir. Azərbaycanda HQİS-in icrası üçün xüsusi məqsədlərə aşağıdakılar aiddir: (i) heyvan xəstəliklərinin yayılmasına nəzarət etmək, (ii) istehlakçılar üçün ərzaq təhlükəsizliyini təmin etmək; (iii) heyvanların damazlıq keyfiyyətlərinin inkişafına imkan yaratmaq; və (iv) subsidiyaların ödənilməsini idarə etmək (əgər tətbiq olunursa). Azərbaycanda HİQS-in yaradılması üçün baytarlıq sahəsində Aİ-nın qanunvericiliyindən qayda və istinad standartları kimi istifadə edilməlidir. Məsləhətçilik xidməti həmçinin hazırda ACCESS proqramında çalışan mövcud Milli Baytarlıq (heyvan sağlamlığı) İnformasiya Sisteminin modernləşdirilməsi, o cümlədən MBİS-in təkmilləşdirilməsi üçün informasiya texnologiyaları tətbiqi üzrə tövsiyyələr hazırlayacaq. HQİS-in yaradılması üçün konseptual quruluş Azərbaycanda ümumi e-Kənd təsərrüfatı siyasətinin həyata keçirilməsi kontekstində nəzərə alınacaq. HİQS və MBİS e-kənd təsərrüfatı sisteminin ayrılmaz komponentləri kimi nəzərə alınmalıdır.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi hazırda xidmətlərin təmin olunmasında uyğun məsləhətçilik firmalarını (məsləhətçilər) öz maraq ifadələrini təqdim etməyə dəvət edir. Maraqlı olan məsləhətçilər bu xidmətləri həyata keçirmək üçün tələb olunan ixtisas biliklərinin və müvafiq təcrübələrinin olmasını əks etdirən məlumatı təqdim etməlidirlər. Seçim meyarlarına aşağıdakılar daxildir: (i) Aİ standartlarına uyğun identifikasiya, qeydiyyat sisteminin və baytarlıq üzrə informasiya sistemlərinin təhlil olunmasında və hazırlanmasında xüsusi təcrübə; (ii) əsas strateji sənədlərin hazırlanması, informasiya texnologiyaları sistemlərinin tərtibatı və xərclərin səmərəliliyinin təhlili məqsədilə istifadəçi üçün tələb spesifikasiyaların hazırlanması sahəsində təcrübə; (iii) heyvanların qeydiyyatı sistemlərinin hüquqi aspektləri üzrə təcrübə və heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı Aİ-nin mövcud qanunları üzrə biliyin olması. Region üzrə əvvəllər təcrübənin olmasına, oxşar regionlar və ya şəraitdə təcrübənin olmasına üstünlük veriləcək.
Maraqlı olan məsləhətçilərə Dünya Bankı Borc Alanları tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə Götürülməsi (BYİB və BİA kreditləri & qrantları) təlimatının 2011-ci il yanvar nəşrinin (məsləhətçi təlimatları") Dünya Bankının maraqların toqquşması ilə bağlı siyasətini müəyyənləşdirən 1.9-cu bəndinin tələblərini nəzərə alması tövsiyə olunur. Məsləhətçilər öz bilik və bacarıqlarını artırmaları üçün birgə müəssisə və ya subməsləhətçilik şəklində digər firmalarla birləşə bilərlər. Məsləhətçinin seçimi məsləhətçilik təlimatında qeyd edilən keyfiyyət əsaslı seçim üsuluna uyğun olaraq həyata keçiriləcək.
Əlavə məlumat saat 9.00-dan 18.00-a qədər aşağıdakı ünvandan əldə oluna bilər.
Maraq ifadələri 20 yanvar 2015-ci il tarixədək yazılı şəkildə aşağıdakı ünvana təqdim olunmalıdır (kuriyer, poçt və ya e-mail vasitəsi ilə).
Layihə İdaretmə Qrupu/Kənd Təsərrüfatına Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
Hüseyn Hüseynov, layihə direktoru
Üzeyr Hacıbəyli küçəsi 80, Hökümət Evi, 801-ci otaq
Bakı AZ1016, Azərbaycan
Tel: +99412 4937108
E.mail: [email protected], [email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.