2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi 2014-cü ildə polis orqanlarının şəxsi heyətini geyim əmlakları ilə təmin etmək üçün
AÇIQ TENDER ELAN EDİR
Tender 6 lot üzrə 1 dekabr 2014-cü il saat 15.00-da Təchizat İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcək.
1-ci lot - böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik furajkalar.
2-ci lot - böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması “Mont”, yay yubkası və yay şalvarlarının tikilişi (sifarişçinin parçasından). Yay örtüyü (YPX).
3-cü lot - böyük, orta, sıravi və kiçik rəis heyəti üçün gündəlik kostyum, gündəlik geyim forması “Mont”, yay yubkası və yay şalvarları üçün müxtəlif tərkibli parçalar.
4-cü lot - şalvar qayışı və gündəlik ayaqqabılar.
5-ci lot - açıq boz rəngli uzunqol və qısaqol köynəklər, qalstuk, mayka, tuman, pambıq və kapron corablar.
6-cı lot - fərqlənmə nişanları.
İddiaçılar bütün lotlarda iştirak etmək üçün 12070,70 manat, 1-ci lot üçün 400,80 manat, 2-ci lot üçün 3028,80 manat, 3-cü lot üçün 3760,70 manat, 4-cü lot üçün 1274,40 manat, 5-ci lot üçün 2074,60 manat, 6-cı lot üçün isə 1531,40 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.
Dövlət Xəzinadarlıq Agentliyi kodu 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, DİN-in Təchizat İdarəsi, hesab 2077770, VÖEN 1500281641, BTK 142340 fond 7.
İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır. Təchizat idarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (30 bank günü qüvvədədir);
- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı.
-təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- vergi orqanlarından müvafiq arayış;
- malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- keyfiyyət sertifikatı.
Tender təklifi “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanır və möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2014-cü il noyabrın 28-də saat 17-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir. Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış 2014-cü il noyabrın 20-də saat 17-dək satınalana çatdırılmalıdır.
Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşakarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
- ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satın alınacaq əmlaklar 3-cü lot üzrə 2015-ci il fevral ayınadək, 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı lotlar üzrə isə mart ayınadək DİN-in Mərkəzi Bazasına göndərilməlidir.
Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir. Əlaqələndirici şəxslər - Habil Ağayev və Məhərrəm İbrahimov.
Telefonlar: 590-98-91, 590-80-22
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.