Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzi

“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üçün Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində müxtəlif ölkələrin sahibkarlarının daxil olduqları beynəlxalq qrupların tərkibində sahibkarların və menecerlərin Almaniyada “iqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kurslarında iştirakı məqsədilə

MÜSABİQƏ ELAN EDİR

 

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçmələrinə, onların beynəlxalq təcrübəyə yiyələnmələrinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

 ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

 menecment sahəsində azı 1  il iş təcrübəsi;

 yaşı 45-dən çox olmamalı;

 ingilis və ya rus dillərini bilməli (Proqramın dilindən asılı olaraq).

İxtisasartırma kurslarının aşağıdakı sahələrdə və müddətlərdə keçirilməsi nəzərdə tutulur:

 səhiyyə sahəsində iqtisadi kooperasiya - 2015-ci il (rus dilində);

 səhiyyə sahəsində iqtisadi kooperasiya - 2015-ci il (ingilis dilində);

 mənzil-kommunal təsərüfatının mühəndislik infrastrukturları və tullantıların zərərsizləşdirilməsi, ətraf mühitin mühafizəsi texnologiyaları sahələrində iqtisadi kooperasiya- 2015-ci il (rus dilində);

 sənayedə enerji səmərəliliyi sahəsində iqtisadi kooperasiya - 2015-2016-cı illər (ingilis və rus dillərində);

 kənd təsərrüfatı sahəsində iqtisadi kooperasiya - 2015-2016-cı illər (rus dilində).

Almaniyada keçiriləcək  ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdikləri təşkilat və ya namizədlər tərəfindən ödənilir.

2015-ci ilin oktyabr ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

  namizəd haqqında məlumat - ingilis dilində (Candidate Profile)

 namizəd haqqında məlumat - rus dilində (Candidate Profile)

 Zəmanət məktubu (Letter of Refrence)

 Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış.

Formaları Bakı Biznes Tədris Mərkəzinin saytından əldə etmək mümkündür: www.bbtc.gov.az

Sənədlər 2015-ci il oktyabrın 28-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı, A.M.Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova

Tel: (012) 431-39-07, 430-93-22, E-mail: [email protected]

 

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında