“XƏTAİ TƏMİR-TİKİNTİ-1”

 

“XƏTAİ TƏMİR-TİKİNTİ-1”

Açıq Səhmdar Cəmiyyətinin 2013-cü il üçün

İ L L İ K   H E S A B A T I

(İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabat)

1. Emitentin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi: “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyəti; 05.05.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı Bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Hazırkı dövlət qeydiyyatı nömrəsi (VÖEN): 2000221651. Cəmiyyətin qısaldılmış adı mövcud deyil.

2. Emitentin hüquqi ünvanı və olduğu yer: Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, bina 22.

3. Hesabat ili ərzində emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər baş verməmişdir.

4. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri  mövcud deyil.

5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər hansı bir törəmə cəmiyyəti mövcud deyil.

6. Emitentin səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı: emitentin 81 fiziki şəxsdən ibarət səhmdarı (payçıları) var. Səhmdarlar sırasında hüquqi şəxs mövcud deyil.

7. Emitentin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxsləri:

fiziki şəxs Kənan S. oğlu -200.000 ədəd sənədsiz adlı, adi səhmlər (nizamnamə kapitalının 76,8108%),

fiziki şəxs Şahin Q. oğlu- 31.106 ədəd sənədsiz adlı, adi səhmlər (nizamnamə kapitalının 11,9464%)

8.Emitentin nizamnamə kapitalında hüquqi şəxs (şəxslər) mövcud deyil.

9. Səhmdar cəmiyyət olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparılır. Reyestrsaxlayıcı haqqında məlumat: Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti. Lisenziya: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi No:110 12.02.2010-ci il. Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 19.

10. Emitentin səhmdarlarının (payçılarının) hesabat ili ərzində 22.06.2013-cü il tarixdə növbəti ümumi yığıncağı keçirilmişdir:

10.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvan): 22.06.2013-cü il, cəmiyyətin Bakı şəhəri, Yavər Əliyev küçəsi, 22 nömrəli  ünvanda yerləşən inzibati binası.

10.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar:

Gündəlikdəki birinci məsələ ilə əlaqədar:

“Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin 2013-cü il üçün illik hesabatı təsdiq edilsin. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə hesabatın aidiyyatı qurumlara təqdim edilməsi və kütləvi informasiya vasitələrində açıqlanması (dərc edilməsi) təmin edilsin, bu kimi işlərin yerinə yetirilməsi cəmiyyətin idarə heyətinin sədrinə həvalə edilsin.

Gündəlikdəki ikinci məsələ ilə əlaqədar:

Üç nəfərdən ibarət  aşağıdakı şəxslər üç il müddətinə cəmiyyətin müşahidə şurasına seçilsinlər: Eyvazov Azad Fərman oğli, Əliyeva Gülnarə Rasim qızı, Məmmədşahova Natəvan Pirəli qızı. Eyvazov Azad Fərman oğlu müşahidə şurasının sədri seçilsin. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada və müddətlərdə “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin yeni tərkibdəki müşahidə şurasının kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrində Dövlət qeydiyyatına alınması,  bundan irəli gələn bütün zəruri işlərin yerinə yetirilməsi, habelə müvafiq çıxarışların alınması cəmiyyətin idarə heyətinin sədrinə havələ edilsin.

Gündəlikdəki üçüncü məsələ ilə əlaqədar:

Üç nəfərdən ibarət olmaqla aşağıdakı tərkibdə üç il müddətinə cəmiyyətin təftiş komissiyası seçilsin: Zeynalova İlahə Əflatun qızı, Əsgərzadə Günay Elman qızı, Rüstəmova Nərgiz Camal qızı. Zeynalova İlahə Əflatun qızı cəmiyyətin təftiş komissiyasının sədri seçilsin.

Gündəlikdəki dördüncü məsələ ilə əlaqədar:

Gündəliyə daxil edilmiş dördüncü məsələ üzrə bütün müzakirələr nəzərə alınsın. “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, 22 nömrəli  ünvanda yerləşən torpaq sahəsinin (müvafiq hallarda torpaq üzərində yerləşən tikililərin və digər obyektlərin) özəlləşdirilməsinin (torpaq sahəsinin cəmiyyətin mülkiyyətinə keçməsinin) başa çatması nəzərə alınsın, bu istiqamətdə görülmüş bütün işlər (hərəkətlər) müsbət qiymətləndirilsin, habelə torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar bütün hərəkətlər, müqavilələr (əqdlər), rüsumlar və digər qanuni ödənişlər qaydasında ödənilən vəsaitlər təsdiq edilsin. Cəmiyyətə məxsus torpaq sahəsində qeyri-qanuni məskunlaşmış  məcburi köçkünlərin başqa yerə köçürülməsi ilə əlaqədar görülmüş bütün işlər (hərəkətlər), müqavilələr (əqdlər), habelə kompensasiya qaydasında məcburi köçkünlərə ödənilən vəsaitlər nəzərə alınsın  (təsdiq edilsin).

Gündəlikdəki beşinci məsələ ilə əlaqədar:

Gündəliyə daxil edilmiş beşinci məsələ üzrə bütün müzakirələr nəzərə alınsın. Cəmiyyətin mövcud maliyyə durumu nəzərə alınmaqla inkişaf məqsədləri üçün torpaq sahəsinin və digər tikililərin gələcəkdə də icarəyə verilməsi (və ya digər qaydada səmərəli istifadəsi) müsbət qiymətləndirilsin, hesabat ili ərzində bu istiqamətdə görülmüş işlər, habelə cəmiyyətin inkişaf planları nəzərə alınsın (təsdiq edilsin).

11. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat: “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin dövriyyədə olan qiymətli kağızların (səhm) buraxılışı 28.12.2001-ci il tarixdə  QKDK tərəfindən qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi: 1001002828. Hesabat ili ərzində əlavə buraxılışlar aparılmamışdır.

11.1. İnvestisiya qiymətli kağızın növü və forması: sənədsiz, adlı, adi səhmlər.

11.2. İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: 1001002828; 28.12.2001-ci il.

11.3. İnvestisiya qiymətli kağızların miqdarı:260380;  nominal dəyəri:0,10 manat.

11.4. İnvestisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri: 26038 manat.

11.5. Cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə dividendlər ödənilməmişdir.

11.6. Faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir.

12.2013-cü ildə emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər mövcud deyil.

13. Cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat dövrü ərzində emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər baş verməmişdir.

14. Əvvəlki illərdə olduğu kimi cəmiyyətin fəaliyyəti mövcud olmadığından və dayandırıldığından hesabat ili üzrə maliyyə hesabataları tərtib olunmur, kənar auditorun rəyi tərtib olunmur. Emitentin kreditor borcları: cəmiyyətin fəaliyyəti dayandırıldığından yoxdur. Emitentin debitor borcları: cəmiyyətin fəaliyyəti dayandırıldığından yoxdur. Cəmiyyətin fəaliyyətinin hələ ötən illərdən başlayaraq dayandırıldığı ilə əlaqədar 2013-cü ildə də (hesabat ili ərzində) cəmiyyətin hər hansı fəaliyyəti mövcud olmamışdır.

Cəmiyyətdə hər hansı investisiya qoyuluşları həyata keçirilməmiş, hesabat ili ərzində fəaliyyətin olmaması ilə əlaqədar hər hansı gəlir və zərər mövcud olmamışdır (vergi ödəyicisinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatların dayandırıldığı haqqında müvafiq sənədlər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilib.

16. İllik hesabat səhmdarların 25.06.2014-cü il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir.

17. İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat: hesabatın “Xalq qəzeti”ndə dərc edilməsi nəzərdə tutulur.

“Xətai Təmir-Tikinti-1”

ASC-nin  idarə heyəti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında