“Holcim” şirkətinin Məşğulluq Məsləhət Mərkəzində yeni biznes imkanları

Azərbaycan Respublikası dövlətinin uzaqgörən siyasəti nəticəsində əmək hüquqlarının qorunması, əhalinin sosial müdafiəsinin səmərəli təşkili, həyati tələbatların ödənilməsi və qeyri-neft sektorunun genişlənməsi ilə yeni iş yerlərinin açılması və məşğulluğun təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və digər vacib sənədlər imzalanaraq uğurla həyata keçirilir.

Özəl şirkətlərdə də işsizliyin azaldılmasında dövlət proqramlarına dəstək olmaq üçün bir sıra layihələr həyata keçirilməkdədir. “Holcim” Azərbaycan şirkəti işsizlik probleminin azaldılmasına töhfə  olaraq, 2011-ci ildə Qaradağ rayonunda Məşğulluq Məsləhət Mərkəzini yaratmışdır. Qeyd olunan mərkəz məşğulluq imkanlarının genişləndirilməsinə dəstək vermək və icma nümayəndələrinin ünvanlı sosial yardım proqramı haqqında məlumatlandırılması məqsədilə fəaliyyət göstərir.

Bu günə qədər 1300-dən artıq yerli sakin bir sıra təlimlərdə iştirak etmiş, 66 nəfər ünvanlı sosial yardım almış, 220 nəfər Qaradağ rayonu sakini tam işlə təmin olunmuş və işsizliyin mütəmadi olaraq azaldılması üçün “məlumat-informasiya xidməti və CV bazası” yaradılmışdır.

Məşğulluq Məsləhət Mərkəzi hazırda fəaliyyətini genişləndirməklə kiçik bizneslərin yaradılmasına dəstək olmaq üçün biznesin idarə edilməsi və eyni zamanda, müxtəlif sənət və sənətə dəstək təlimləri həyata keçirir. Belə bir imkan qəsəbə sakinlərinin peşələrinə uyğun gəlirli biznesin təməlinin qoyulmasına və sərbəst bizneslə məşğul olmağa şərait yaradacaqdır. Beləliklə, işsizliyin azaldılması ilə sakinlərin gəlirlilik səviyyəsi və yaşamı yüksələcəkdir.

“Holcim” Azərbaycan şirkəti işçilərin, onların ailə üzvlərinin və qəsəbə sakinlərinin həyat səviyyəsinin yaxşılaşdırılmasına daim töhfə verməkdədir.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında