Avtomobil yolunun tikintisi və təkmilləşdirilməsi layihəsi

Satınalma No.: 7356-PRE-43094

Ölkə: Azərbaycan

Sektor: nəqliyyat

Layihə No: 43094

Maliyyə mənbəyi: AYİB

Müqavilənin növü: Layihə üzrə mallar, işlər və xidmətlər

Elanın növü: İlkin seçim mərhələsinə dəvət

Tenderin ilkin seçim mərhələsi Avropa Yenidənqurma və İnkişaf Bankının internet portalında (http://www.ebrd.com/pages/workingwithus/procurement/project.shtml layihənin stınalmalara dair bildirişində adı çəkilən layihə üzrə ilk dəfə 22.09.2011-ci ildə, ikinci dəfə  28.09.2013-cü ildə  və sonuncu dəfə 23.05.2014-cü ildə  yenilənərək 6490-ÜSB-43094 saylı layihənin ümumi satınalma bildirişinə uyğundur.

“Azəryolservis” ASC (sifarişçi) Avropa Yenidənqurma və İnkişaf  Bankından alınmış borcun bir hissəsini avtomobil yolunun yenidən qurulması və təkmilləşdirilməsi layihəsi üçün istifadə etmək niyyətindədir. Sifarişçi bankdan alınmış borc vəsaitinin bir hissəsi əsasında maliyyələşdiriləcək aşağıdakı müqavilə üzrə ilkin seçim mərhələsindən keçən firmaları və konsorsiumları tenderə dəvət edir.

Müqavilə Lot 2-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) 111.3 km uzunluqda Qarağacı-Bəhramtəpə hissəsinin tikintisi nəzərdə tutulur. Yolun Qarağacı-Bəhramtəpə  hissəsi Bəhramtəpə qəsəbəsi istiqamətindəki Yevlax-Bərdə magistral avtomobil yolu (R28) ilə kəsişmədə yerləşən Qarağacı ərazisindən başlayaraq Hacıqabul- Horadiz avtomobil yolundakı (M6) dolama yola qədər uzanan məsafəni əhatə edir. Mövcud yol oxu boyunca 2 zolaqlı avtomobil yolunun tikintisinə torpaq işləri, yol geyimi konstruksiyası, drenaj sistemlərinin tikintisi, mövcud 3 körpünün yenisi ilə əvəzlənməsi, yol avadanlıqları və nişanlarının quraşdırılması işləri daxildir. Podrat müqaviləsinin imzalanması 2015-ci ilin mart ayına planlaşdırılır, tikinti müddəti isə 24 ay nəzərdə tutulur.

Bankdan alınmış borc əsasında maliyyələşdiriləcək müqavilələr üzrə tenderin ilkin seçim mərhələsi və tender  istənilən ölkələrdən olan firmalar və müştərək müəssisələr üçün açıqdır.

Maraqlanan iddiaçılar tenderin ilkin seçim mərhələsi sənədlərini ingilis dilində olmaqla yazılı müraciətnamə təqdim etməklə 100 AZN (yüz) və ya 120 (yüz iyirmi) ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi “Azəryolservis” ASC- nin xəzinəsinə köçürmək və nağd ödəməklə əldə edə bilərlər. Bank hesabı aşağıda göstərildiyi kimidir:

Azərbaycan Respublikası

Beynəlxalq Bankın Nəqliyyat filialı

SWİFT: İBAZAZ2X

Hesab nömrəsi: AZ21 IBAZ38050019449345490205AZN

  AZ11 İBAZ38150018409345490205 ABŞ D

İD kodu: 9900013141

Tələb olunan təqdirdə geri qaytarılmayan iştirak haqqı ödənilməklə sənədlər kuryer poçtu vasitəsilə qeyd olunmuş müddətdə göndərilə bilər, lakin sənədlərin ünvana gec çatdırılmasına və ya itirilməsinə “Azəryolservis” ASC heç bir məsuliyyət daşımır.

İddiaçı sənədlərin elektron poçt vasitəsilə göndərilməsi ilə bağlı müraciət edərsə, yuxarıda göstərilən bank hesabına ödənişini etməli və bankın ödənişi təsdiq edən sənədin nüsxəsini elektron poçt vasitəsilə təqdim etdiyi halda sənədlər PDF formatında  göndərilə bilər.

Tenderin ilkin seçim mərhələsinin sənədləri 24 iyul 2014-cü il saat 17.00-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır. Sifarişçi gec təqdim olunan sənədləri ləğv etmək və ya qəbul etməmək hüququna malikdir.

Maraqlanan firmalar əlavə məlumat və ilkin seçim sənədlərini aşağıdakı ünvandan əldə edə bilərlər:

Cənab Cavid Qurbanov - “Azəryolservis” ASC-nin  sədri

Əlaqələndirici  şəxs: Cəmil Rüstəmxanlı

Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi 72/4,

“Azəryolservis” ASC, 8-ci mərtəbə, LİQ-in ofisi

Telefon: 994 12 493 60 09

Faks: 994 12 493 60 09

Email: [email protected]

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında