M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və MDU-nun iqtisadiyyat fakültəsi güzəştli əsaslarla təhsil üçün müsabiqə elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) iqtisadiyyat fakültəsinin (İF) magistraturasına ödənişli əsaslarla qəbul təşkil edir. Hər bir proqramın ətraflı təsviri və magistraturaya qəbul qaydaları saytda yerləşdirilmişdir: http://www.econ.msu.ru/entrance/masters/. MDU İF magistraturaya qəbul imtahanlarına hazırlıq üçün 2014-cü il iyunun 21-dən iyulun 6-dək Moskvada ixtisas və xarici dil üzrə ekspress-kurslar təşkil edir. Bu kurslar barədə daha ətraflı informasiya aşağıdakı ünvanda yerləşdirilmişdir: http://www.econ.msu.ru/entrance/pkmag/

M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialı və MDU İF güzəştli əsaslarla təhsil üçün müsabiqə elan edir. Müsahibənin nəticələrinə görə, 8 nəfər seçiləcəkdir. MDU İF onların ekspress-kurslarda təhsilinin və yataqxanada yaşamalarının haqqını ödəyəcəkdir. Gələcəkdə magistraturaya qəbul imtahanları uğurlu olsa, MDU İF-nin magistraturasında təhsil və yataqxanada yaşayış haqqı məsələsinə sponsor dəstəyi göstərilməsi imkanları öyrəniləcəkdir. Müsahibə MDU-nun Bakıdakı filialının rektorunun əmri ilə yaradılmış komissiya tərəfindən keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək arzusunda olanlar sənədlərini (sənədlərin siyahısı aşağıda verilir) 27.05.2014-dən 15.06.2014-dək bu ünvana təqdim etməlidirlər: AZ 1143, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1. (iş günləri saat 10.00-dan 17.00-dək, şənbə günü 10.00-dan 15.00-dək)

Müsahibə 2014-cü il iyunun 16-da saat 10.00-da başlayacaqdır.

Sənədlərin siyahısı:

1. M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektorunun adına ərizə (sərbəst formada)

2. MDU İF-nin magistraturasını seçməyin səbəblərini göstərən motivasiya məktubu;

3. Ali təhsil müəssisəsini bitirmək barədə diplomun (qiymətlər olan qoşma ilə birlikdə) surəti (bu ilin məzunları üçün zaçot kitabçasından çıxarış)

4. Şəxsiyyət vəsiqəsi;

5. 3x4 ölçüdə 2 fotoşəkil.

MDU İF-nin magistraturasına qəbul imtahanları ekspress-kurslar başa çatandan sonra Moskva şəhərində keçiriləcəkdir.

Əlaqə telefonu: (+99412) 598-32-19.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında