Şriftin ölçüsü:
01.07.2010 02:28 | Oxunma sayı: 406
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemi (XİİS) üçün əlavə "SAP NetWeaver Process Integration (SAP XI)" modulun alınması məqsədilə tender elan edir
Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Ünvan: Bakı şəhəri AZ 1022, S.Vurğun küçəsi, 83
1. Açıq tenderə razılaşdırılmış müddətdə və təqdim olunan texniki şərtlərə uyğun DDP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə, xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış informasiya sistemi (XİİS) üçün əlavə "SAP NetWeaver Process Integration (SAP XI)" modulun təchiz olunması təklif edilir.
2. Tender proseduru 2010-cu il avqust ayının 19-da saat 11:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin IV mərtəbəsində, otaq № 404 keçiriləcəkdir.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Tenderdə iştirak etmək üçün ərizə;
3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).
4. Tender təklifləri 2010-cu il avqust ayının 18-də saat 10:00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır.
4.1. İstehsal şəraiti və məhsulları (xidmətləri) beynəlxalq standartların tələblərinə cavab verən, proqram təminatının təchizində və satınalınması (və ya buna oxşar) sahəsində peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, "SAP AG" beynəlxalq şirkət tərəfindən rəsmi avtorizə olunmuş, Azərbaycan Respublikasının ərazisində "SAP AG" şirkətinə məxsus olan proqram təminatının satınalınmasına dair hüquqlara malik olan və Azərbaycan Respublikasının ərazisində "SAP" lisenziyaların satışı üzrə lazımi qədər təcrübəsi olan, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər;
4.2. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir;
4.3. Təklif olunan məhsul beynəlxalq standartların tələblərinə cavab verən müvafig sertifikatlara malik olmalıdır;
4.4. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
5. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
5.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;
5.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
5.3. İddiaçının son bir il əzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
6. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.
7. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "SAP NetWeaver Process Integration (SAP XI)" modulunun alınması məqsədilə keçirəcəyi tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün 200 (iki yüz) manat və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi nəzərə alınmaqla bu məbləğin ABŞ dollarında ekvivalenti ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.
Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikası Maliyyə Naziliyi
MN DX 1 saylı Xəzinə İdarəsi
Hesablaşma hesabı: 33205019449328518204,
VÖEN: 17 009 861 81
Bank: Azərbaycan Respublikası Beynəlxalq Bankı
Kod: 805722,
Müxbir hesab: 0137010002944
VÖEN 9 900 001 881,
S.W.İ.F.T. Bik: İBAZAZ2X
8. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin baş məsləhətçisi E.Qasımovdur. Əlavə məlumat almaq üçün 1 iyul 2010-cu il tarixdən 18 avqust 2010-cu il tarixədək, saat 10:00-dan 18:00-dək müraciət etmək olar (fasilə saat 13-dən 14-dək).
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1022,
S.Vurğun küçəsi, 83, IV mərtəbə, 403-cü otaq
Telefon: (99412) 404-47-06
Faks: (99412) 404-47-20
9. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və ingilis dilinə tərcümə edilmişdir.
10.Tender "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.
{nl}
Tender komissiyası
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.