Şriftin ölçüsü:
03.06.2010 05:51 | Oxunma sayı: 393
Azərbaycan Respublikası Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi Dünya Bankının Krediti/Kredit No.: 7435-AZ
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin həyata keçirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) kredit almış və vəsaitlərin bir hissəsini bu məsləhətçilik xidməti çərçivəsində müvafiq ödənişləri aparmaq üçün tətbiq etmək niyyətindədir.
Layihə çərçivəsində Microsoft Sistemləri Məlumat Bazasının Administrasiyası sahəsində İT heyətinin bilik və əməli səriştəsinin artırılması üzrə təlimin keçirilməsi məqsədilə məsləhətçi şirkətinin seçimi nəzərdə tutulur.
Təlim kursu aşağıdakıları əhatə edəcəkdir:
WİNDOWS SERVER 2008
70-640 saylı imtahan üçün:
6425: Windows Server 2008 Aktiv Direktoriya Domeyn Xidmətlərinin Konfiqurasiyası və Diaqnostikası
6426: Windows Server 2008 Aktiv Direktoriyası ilə həll yollarının müəyyən edilməsi və onlara çıxışın Konfiqurasiyasının Planlaşdırılması və Diaqnostikası
70-642 saylı imtahan üçün:
6419: Windows Server 2008 Serverlərinin Konfiqurasiyasının Planlaşdırılması, İdarə olunması və Saxlanması
6421: Windows Server 2008 Şəbəkə İnfrastrukturunun Konfiqurasiyasının Planlaşdırılması və Diaqnostikası
70-643 saylı imtahan üçün:
6418: Windows Server 2008-in instalyasiyası
6427: Windows Server 2008-də İnternet İnformasiya Xidmətlərinin Konfiqurasiyasının Planlaşdırılması və Diaqnostikası
6428: Windows Server 2008 Terminal Xidmətlərinin Planlaşdırılması və Diaqnostikası 70-647 saylı imtahan üçün:
6435: Windows Server 2008 Şəbəkə İnfrastrukturunun Layihələndirilməsi
6436: Windows Server 2008 Aktiv Direktoriya İnfrastrukturu və Xidmətlərinin Layihələndirilməsi
6437: Windows Server 2008 Xüsusi Proqramlar İnfrastrukturunun Layihələndirilməsi
MİCROSOFT MÜBADİLƏ SERVERİ 2007
70-236 saylı imtahan üçün:
5047: Microsoft Mübadilə Serveri 2007 SP1-nin qurulması və idarə edilməsi haqqında müqəddimə
5049: Microsoft Mübadilə Server 2007-dən istifadə etməklə Mesaj Ötürmə Təhlükəsizliyini İdarə etmək
5050: Microsoft Mübadilə Server 2007-dən istifadə etməklə Mesaj Ötürmə Serverlərini və Məlumat Bazalarını Bərpa etmək
5051: Microsoft Mübadilə Server 2007-nin Monitorinqi və Nasazlığın aradan qaldırılması 70-238 saylı imtahan üçün:
5053: Microsoft Mübadilə Server 2007-dən istifadə etməklə Mesaj ötürmə İnfrastrukturunun layihələndirilməsi
5054: Microsoft Mübadilə Server 2007-dən istifadə etməklə Mesaj Ötürmə Yüksək Hazırlıqlı Mesac Həll yolunun layihələndirilməsi
MICROSOFT İNTERNET TƏHLÜKƏSİZLİYİ VƏ SÜRƏTLƏNDİRMƏ SERVERİ 2006
70-351 saylı imtahan üçün:
2824:2004 Microsoft İnternet Təhlükəsizliyi və Sürətləndirmə Serverinin İstismarı (2006)
Məsləhətçilər üçün tələb olunan şərtlər:
1.İdarəetmə Sistemləri üzrə Mütəxəssis kimi minimum 3 illik təcrübə
2.İT təlimçisi kimi minimum 2 illik təcrübə
3.MCP (Microsoft üzrə Sertifikatlı Peşəkar), MCSA (Microsoft Sertifikatlaşdırılmış Sistemləri üzrə Administrator), MCSE (Microsoft Sertifikatlaşdırılmış Sistemləri üzrə Mütəxəssis) və MCT (Microsoft üzrə Sertifikatlaşdırılmış Təlimçi), MCSA Təhlükəsizliyi, MCSA Məlumat ötürülməsi, MCİTP (Müəssisə Administratoru) sertifikatları
4.Həll yollarının öyrənilməsində Microsoft üzrə qızıl rəsmi tərəfdaş
5.İştirakçıların/qrupların ehtiyaclarını və tələblərini nəzərə almaqla proqramı konkret iştirakçı və ya qrupa uyğunlaşdırmaq bacarığı
6.Tədrisdə son proqramlar və avadanlıqlardan xəbərdar olmaq
7.Müştəri bazasında da təlim keçmək bacarığı
8.Təlim otağında vaxt və sinfi idarə etmək bacarığı
9.Təlimdən əvvəl və sonra iştirakçıları sınaya bilmək bacarığı
10.Təlimi Azərbaycan və rus dillərində keçə bilmək bacarığı
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi bu xidmətin həyata keçirilməsində marağı olan müvafiq iddiaçıların maraq ifadələrinin qəbuluna başlayır. Marağı olan məsləhətçi şirkətlər bu xidmətin icrası üçün təcrübəyə malik olmaqları barədə məlumat təqdim etməlidirlər (broşralar, oxşar işlərin həyata keçirilməsi barədə məlumat, oxşar işlərdə təcrübə, müvafiq təcrübəyə malik olan işçi heyətinin mövcudluğu və s. məlumatlar).
Məsləhətçilər Dünya Bankının qaydalarına uyğun olaraq Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin Seçimi təlimatına əsaslanaraq seçiləcəkdir.
Maraq göstərən iddiaçılar aşağıda qeyd olunan ünvandan, saat 9:00-dan 18:00-a kimi məlumat ala bilərlər.
Maraq İfadələri 5 iyul 2010-cu il, saat 11:00-a qədər aşağıdakı ünvana təqdim olunmalıdır.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti 31, 6-cı mərtəbə, otaq N612
AZ1073, Bakı, Azərbaycan.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi,
Nigar Həsənova, Layihə İdarəetmə Qrupunun Satınalmalar üzrə mütəxəssisi
Email: [email protected]
Telefon.: (+994 12) 510 91 45
(daxili: 7212)
Faks:(+994 12) 510 91 47{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.