Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Azərbaycan Respublikasının vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə qəbulla əlaqədar müsahibə elan edir
 Azərbaycan Respublikası vətəndaşları aşağıdakı vakant vəzifələrə işə qəbulla əlaqədar müsahibəyə dəvət olunurlar:
- Şəki regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis);
- Şirvan regional miqrasiya idarəsi (İmişli “Asan xidmət” mərkəzi)-2 yer (baş mütəxəssis);
- Ağsu regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis);
- Ağsu regional miqrasiya idarəsi-1 yer (kiçik inspektor-mühafizəçi);
- Yevlax regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis); 
- Yevlax regional miqrasiya idarəsi 1 yer (kiçik inspektor-mühafizəçi);
- Yevlax regional miqrasiya idarəsi-1 yer (kiçik inspektor-kargüzar).
11 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsahibə zamanı ümumi dünyagörüşünə, həmçinin özünü təqdim etmək, kollektivdə işləmək, problem həll etmək, yaradıcılıq və təşəbbüskarlıq xüsusiyyətlərinə, kompüter və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir. 
Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək arzusu olan şəxslər yalnız bir vakant vəzifəyə işə qəbul edilməsi üçün müraciət edərək ərizə ilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi (baş mütəxəssis, kiçik inspektor);
- ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti; 
- təhsil haqqında sənədin surəti;
- hərbi biletin surəti (kişilər üçün);
- əmək kitabçasının surəti (olduğu təqdirdə). 
Müsahibədə iştirak etmək üçün sənədlər 2018-ci il iyulun 17-dən avqustun 17-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 9.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatında (ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur. 
Əlaqə nömrəsi: (012) 562-53-01.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında