Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti

2018-2019-cu tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir
• Turizm və otelçilik
• Menecment
• Marketinq
• Maliyyə
• Regionşünaslıq (Qafqaz)
• Beynəlxalq münasibətlər
• Sosial iş
• Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
• Nəqliyyat servisi
• Biznesin idarə edilməsi
Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.
Əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
-təhsil müəssisəsi rəhbərinin adına ərizə;
-təhsil haqqını ödəmək barədə təminatlı müqavilə;
-ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;
-əmək kitabçasından çıxarış;
-şəxsiyyət vəsiqəsinin surəti;
-3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Sənədlər 2018-ci il iyulun 2-dən avqustun 2-dək, həftənin I-V günləri saat 10.00-dan 17.00-a qədər ATMU-nun əsas korpusunda qəbul edilir.
Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim edən şəxslərlə ATMU-da yaradılan komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə ikinci bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. İkinci bakalavr təhsili almaq şansı əldə edən və tələbələr sırasına qəbul edilən şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq təhsilə qəbul edilir və onlar üçün təhsil müddəti müəyyənləşdirilir.
Təhsil qiyabi formada Azərbaycan və rus dillərindədir.
Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedur (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ixtisaslara uyğun müəyyənləşdirilir.
Bakı, K.Rəhimov küçəsi. 822/23-cü məhəllə.
Tel: (+99412) 012 5644233, (+99412) 012 5645411.
Email:[email protected] URL: www.atmu.edu.az
Azərbaycan Turizm və Menecment Universiteti

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında