Hörmətli doktorant, dissertant və müstəqil tədqiqatçılar!

Azərbaycan Turizm və Menecment Universiteti  2018-ci il oktyabrın 26-27-də “Müasir dövrdə səmərəli idarəetmənin problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.
Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə müxtəlif sahələrin idarə edilməsində yol verilən nöqsanların müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarının müzakirə edilərək tətbiq üçün qəbulu və yeniliklərin daxil edilməsi istiqamətində perspektiv imkanların müzakirəsidir.
Konfrans nəzərdə tutulan aşağıdaki bölmələri əhatə edir:
1. Turizm sahəsində idarəetmə prosesinin səmərəliliyinin  artırılması faktorları.
2. Təhsil sahəsinin səmərəli idarəedilməsi.
3. Mədəniyyətin idarə edilməsi.
4. İqtisadi sahələrin idarə edilməsi.
5. İctimai həyatın sahələri üzrə idarəetmənin səmərəliyinin artırılması tendensiyaları və faktorları. 
Konfransda iştirak etmək üçün məruzənin mövzusu və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil edilmiş ərizənin  2018-ci il oktyabrın 10-dək təşkilat komitəsinə göndərilməsi mütləqdir:
- adı, soyadı, ata adı;
- elmi dərəcəsi;
- iş yeri, vəzifəsi;
- poçt ünvanı (iş və ev);
- telefon, faks ( şəhər kodu göstərilməklə);
- elektron ünvan;
- məruzənin mövzusu;
- istiqaməti;
- texniki vasitələrdən istifadənin vacibliyi.
Təşkilat komitəsi proqrama uyğun  məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.
Konfrans  Azərbaycan, rus və ingilis dillərində keçiriləcəkdir.
Məqalələrin tərtib olunma qaydaları:
Məqalələr 5 səhifədən çox olmamaqla, Azərbaycan, rus və ingilis dillərində təqdim edilməlidir. İstifadə edilən ədəbiyyatların siyahısı, mənbənin adı, çap olunduğu məcmuə, nəşr ili və səhifə göstərilməklə kvadrat mötərizə içərisində [6,s.109] şəklində verilir.
Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi saytında(http:// www.atmu.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/atmu.official/?fref=ts)  yerləşdirilmişdir.
Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə  2018-ci il iyulun 2-dən   2018-ci il oktyabrın 10-dək   [email protected] elektron ünvanına göndərilməlidir.
Əlaqə telefonu: (012) 4644233 (125).
Ünvan: Bakı, Koroğlu Rəhimov 822/23.
Təşkilat komitəsi
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında