“Ana Vətən” Partiyasının 2017-ci il dekabrın 31-nə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

                                                                                (manatla)

Maddələrin adları

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

Gəlirlər o cümlədən:

 

112745.11

 

113095.24

dövlət büdcəsindən ayrılan vəsait

112745.11

 

113095.24

 

Xərclər, o cümlədən:

 

114689.98

 

114641.61

cari işlərə sərf olunan vəsait

99802.78

 

100065.4

 

siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər

13762.23

 

12027.21

 

aşağı təşkilatlara ödənclər

1124.97

 

2549.0

 

ümumi mənfəət (zərər)

 

-1944.87

 

-1546.37

 

MÜSTƏQİL AUDİTORUN HESABATI

 

“Ana Vətən” Partiyasının rəhbərliyinə

Biz, “Ana Vətən” Partiyasının 2017-ci il dekabrın 31-nə balans, mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatlarının auditini apardıq.

 

Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti  

 

Rəhbərlik göstərilən maliyyə hesabatlarının “Beynəlxalq Maliyyə Hesabatı Standartları”na uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üçün məsuliyyət daşıyır. Bu məsuliyyətə yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi və saxlanması, müvafiq uçot siyasətinin seçilməsi, tətbiqi və müəyyən şəraitə münasib uçot ehtimallarının müəyyən edilməsi daxildir.

 

Auditorun məsuliyyəti

 

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Həmin standartlar bizdən etik normalara riayət etməyi, auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Risklər qiymətləndirilərkən audit prosedurlarının işlənib hazırlanması məqsədilə partiyanın maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementləri nəzərə alınmış, lakin bu zaman partiyanın daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədi güdülmür.

Auditə, həmçinin tətbiq olunan uçot prinsiplərinin və rəhbərlik tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Bizcə, əldə etdiyimiz audit sübutu rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

 

RƏY

 

Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Ana Vətən” Partiyasının 2017-ci il dekabrın 31-nə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Müstəqil auditorun hesabatı 2018-ci il martın 2-də eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi təsərrüfat subyektində, ikincisi isə “Şəfəq Audit Konsaltinq” MMC-də saxlanılır.

“Şəfəq Audit Konsaltinq”
MMC-nin auditoru: A. A. Ağayev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında