T E N D E R Ə D Ə V Ə T

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2018-ci il üzrə tələb оlunan mal və xidmətlərin satınalınması məqsədilə keçiriləcək tenderə dəvət edir:

Tender üç lot üzrə keçirilir:

Lot-3. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı media nümayəndələrinin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə səfərinin təşkili xidmətlərinin satınalınması.

Lot-4. 22 iyul Milli Mətbuat Günü münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satınalınması.

Lot-5. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü, habelə beynəlxalq təcrübənin öyrənilməsi ilə əlaqədar media nümayəndələrinin Türkiyə Respublikasının İstanbul şəhərinə səfərinin təşkili xidmətlərinin satınalmması.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisindən ala bilərlər:

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi.

Tenderdə iştirak haqqı:

Lot - 3 -  50    manat

Lot - 4 -  85     manat

Lot - 5 -  90    manat

Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

10.   Digər sənədlər:

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

- Müqaviləni yerinə yetirmək üçün tender içtirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Malgöndərən (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 may 2018-ci il tarixinə qədər tender komissiyasına təqdim etməlidir.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs Elşad Tağıyevə (telefonlar 012 538 40 48, 012 537 19 41, 012 537 19 42) müraciət edə bilərlər.

İddiaçılar tender təklifini və təklifin bank zəmanətini Azərbaycan dilində, 2 nüsxədə, imzanlanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 30 may 2018-ci il saat 17.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi ünvanında yerləşən inzibati binasında tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 31 may 2018-ci il saat 11.00-da Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında