“Suraxanı Oyl Opereyşn Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi

 A Ç I Q   T E N D E R   E L A N   E D İ R

 

Tender 2 lot üzrə keçirilir.

Lot-1. “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən nasos kompressor borularının satınalınması.

Lot-2. “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən nasos ştanqları və dərinlik nasoslarının satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı Lot-1 500 (beş yüz) manat və Lot-2 300 (üç yüz) manatdır.

Bankın adı: “Kapital Bank ASC”-nin Suraxanı filialı

VÖEN: 990003611

KOD: 200190

SWIFT: AIIBAZ2X

M/h: AZ37NABZ01350100000000001944

H/h: AZ69AIIB38020019440012467119 AZN

H/h: AZ59AIIB38120018400012467119 USD

H/h: AZ39AIIB38120019780012467119 EUR

VÖEN: 9900077231

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar əsas şərtlər toplusunu Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsindəki inzibati binadan   (əlaqələndirici şəxs- Lalə Nəzərova, telefon: (012) 452-14-84, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2018-ci ildə notariusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədlər 29 may 2018-ci il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə 6 iyun 2018-ci il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ-1042 , Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsindəki inzibati binada təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərinin açılışı proseduru 7 iyun 2018-ci il saat 11.00-da “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin iclas zalında (Bakı şəhəri, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi) keçiriləcəkdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında