Dövlət İmtahan Mərkəzi elektron lupanın (böyüdücü) satınalınması üçün kotirovka sorğusu elan edir

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti  (notarial qaydada təsdiq olunmuş);

-kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə);

-vergi uçotu haqqında arayış (ƏDV ödəyicisi olmayan təşkilatlar üçün);

-iddiaçının kotirovka təklifi.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 19 aprel 2018-ci il saat 15.00-dək M. Müşfiq küçəsi, 1M (əlaqələndirici şəxs: İlham Əliyevə telefon – 012-502-47-53/56/58, daxili 144) nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında