Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna alternativ yeni yolun tikintisi” layihəsinə texniki nəzarət üzrə məsləhət xidmətlərinin satınalınması ilə əlaqədar

A Ç I Q     T E N D E R      E L A N     E D İ R

 

Tender iştirakçılarına təklif olunur ki, Azərbaycan Respublikasının “Dövlət satınal­maları haqqında” Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində mal­ların (xidmətlərin və ya işlərin) keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını Azərbaycan Avtomo­bil Yolları Dövlət Agentliyinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

VÖEN: 9900013141

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nəqliyyat filialı

H/h: AZ21İ­BAZ38050019449345490205

M/h: AZ03NAB­ZO1350100000000002944

Kod: 805711

Bankın VÖEN-i 9900001881

SWİFT BİK İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarıl­mır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçi­rildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 5 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2018-ci ildə nota­riusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat.

Tender proseduru ,,Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

Tender iştirakçılarından tələb olunan sənədlər 19 may 2018-ci il saat 15.00-a qədər bir nüsxədə, tender təklifi isə 11 iyun 2018-ci il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 2025-ci məhəllədə yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agetliyinin ikinci mərtəbəsində tender komissiyasının otağında əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.

Sənədlərin qəbulu hər gün saat 10.00-dan 16.00-a qədərdir.

Tender zərflərinin açılışı proseduru 12 iyun 2018-ci il saat 17.00-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 2025-ci məhəllə) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 2025-ci məhəllə.

Əlaqələndirici şəxs: Vüsal Həsənov, telefon: (012) 599 79 93.

Tender komissiyası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında