Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi idman tədbirlərinin keçirilməsinin satınalınması üçün

AÇIQ   TENDER   ELAN   EDİR

 

Tender 53 lot üzrə keçirilir.

Lot-1. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” beynəlxalq şahmat festivalının keçirilməsi.

Lot-2. Futbol üzrə ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri arasında ölkə birinciliyinin keçirilməsi.

Lot-3. Futbol üzrə 15-16 yaşlı qızlar arasında ölkə birinciliyinin keçirilməsi.

Lot-4. Ümumdünya futbol gününə həsr olunmuş respublika turnirinin keçirilməsi.

Lot-5. Futbol üzrə Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş ölkə turnirinin keçirilməsi.

Lot-6. “U 20” Avropa çempionatına hazırlıqla əlaqədar basketbol üzrə  təlim- məşq toplanışının keçirilməsi.

Lot-7. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə final yarışının keçirilməsi.

Lot-8. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan Yunan-roma güləşi üzrə final yarışının keçirilməsi

Lot-9. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan boks üzrə final yarışının keçirilməsi.

Lot-10.  İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan basketbol üzrə qızlar arasında final yarışının keçirilməsi.

Lot-11. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan həndbol üzrə qızlar arasında final yarışının keçirilməsi.

Lot-12. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan stolüstü tennis üzrə oğlanlar və qızlar arasında final yarışının keçirilməsi.

Lot-13. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan voleybol üzrə qızlar arasında final yarışının keçirilməsi.

Lot-14. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan taekvondo üzrə oğlanlar və qızlar arasında final yarışının keçirilməsi.

Lot-15. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan cüdo üzrə oğlanlar və qızlar arasında final yarışının keçirilməsi.

Lot-16. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan badminton üzrə oğlanlar və qızlar arasında final yarışının keçirilməsi.

Lot-17. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə oğlan və qızlar  arasında final yarışının keçirilməsi.

Lot-18. İdman məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan futbol üzrə oğlanlar arasında final yarışının keçirilməsi.

Lot-19. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş üzgüçülük üzrə beynəlxalq turnirin keçirilməsi.

Lot-20. Boks üzrə “Heydər Əliyev Kuboku-2018” beynəlxalq  turnirin  keçirilməsi.

Lot-21. Velosiped üzrə Azərbaycan çempionatının (UCİ proqramı) keçirilməsi.

Lot-22. Atletika üzrə ölkə birinciliyi – final (oğlan və qızlar) yarışının keçirilməsi.

Lot-23. Basketbol üzrə kişilər arasında Avropa çempionatına hazırlıqla əlaqədar təlim-məşq toplanışının keçirilməsi.

Lot-24. Güllə atıcılığı üzrə bölgələr arası ölkə kubokunun keçirilməsi.

Lot-25. Üzgüçülük üzrə  Dünya və Avropa çempionatına hazırlıqla əlaqədar təlim- məşq toplanışının keçirilməsi.

Lot-26. V.Həşimovun xatirəsinə həsr olunmuş şahmat üzrə Beynəlxalq Uşaq turnirinin keçirilməsi.

Lot-27. Stolüstü tennis üzrə ölkə birinciliyi –final (oğlan və qızlar) yarışının keçirilməsi.

Lot-28. Həndbol üzrə ölkə birinciliyi (oğlanlar) final yarışının keçirilməsi.

Lot-29. Velosiped idman növü üzrə təlim-məşq toplanışının keçirilməsi.

Lot-30. Basketbol üzrə ölkə birinciliyi (oğlanlar) final yarışının keçirilməsi.

Lot-31. Həndbol üzrə ölkə birinciliyi (qızlar) finalının keçirilməsi.

Lot-32. “Bakı-Open-2018” beynəlxalq şahmat festivalının keçirilməsi.

Lot-33. Atletika üzrə təlim-məşq toplanışının keçirilməsi.

Lot-34. Kamandan oxatma üzrə avropa kubokuna hazırlıqla əlaqədar   təlim- məşq toplanışının keçirilməsi.

Lot-35. Dünya çempionatına hazırlıqla əlaqədar üzgüçülük üzrə  təlim- məşq toplanışının  keçirilməsi.

Lot-36. Velosiped idman növünün çoxnövçülük proqramı üzrə Azərbaycan çempionatının keçirilməsi.

Lot-37. Atletika üzrə təlim-məşq toplanışının keçirilməsi.

Lot-38. Voleybol üzrə ölkə birinciliyi (oğlanlar) final yarışının keçirilməsi.

Lot-39. Voleybol üzrə ölkə çempionatı (kişilər) final yarışının keçirilməsi.

Lot-40. Avarçəkmə idman növləri  üzrə “ Mingəçevir Reqatası” beynəlxalq turnirinin keçirilməsi.

Lot-41. Basketbol üzrə ölkə birinciliyi (qızlar) final yarışının keçirilməsi.

Lot-42. Velosiped idman növü üzrə təlim-məşq toplanışının keçirilməsi.

Lot-43. Gənclərin Avropa Olimpiya Festivalına üzgüçülük üzrə  hazırlıqla əlaqədar təlim- məşq toplanışının keçirilməsi.

Lot-44. Voleybol üzrə ölkə birinciliyi (qızlar) final yarışının keçirilməsi.

Lot-45. “Abbas Ağalarov Kuboku” beynəlxalq boks turnirinin keçirilməsi.

Lot-46. Xüsusi Olimpiyanın 50 illiyinə həsr olunmuş “2018 Xüsusi Olimpiya Qlobal Gənclər Sammit”nin keçirilməsi.

Lot-47. Ali və orta ixtisas  məktəbləri tələbləri arasında ayrı-ayrı idman növləri üzrə respublika yarışlarının keçirilməsi ilə əlaqədar təşkilatı işlərin görülməsi.

Lot-48. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş kütləvi idman tədbirlərinin keçirilməsi.

Lot-49. “1 iyun uşaqların beynəlxalq müdafiəsi günü” nə həsr olunmuş “Ata, ana və mən-turist ailəsiyik” ölkə çempionatının  keçirilməsi.

Lot-50. Payız çağırışna həsr olunmuş VMH poliatlon üzrə ölkə çempionatı zona final yarışının keçirilməsi.

Lot-51. “Çempion” əyləncəli idman oyunlarının  (Zaqatala regional) keçirilməsi.

Lot-52. Gender bərabərliyi probleminin aradan qaldırılması məqsədilə “qızların və qadınların idmanla məşğul olmalarına maneçilik törədən amilləri azaltmaq və qadınları idmanın dəyərli keyfiyyətləri vasitəsilə gücləndirmək” mövzusunda regionlarda maarifləndirici tədbirlərin təşkili.

Lot-53. İlin yekunlarına əsasən idmanda yüksək nəticələrə nail olmuş Azərbaycan idmançılarının və onların məşqçilərinin mükafatlandırılması mərasimi və mədəni-kütləvi tədbirin keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar  465-65-47 nömrəli  telefonla (faks:4656438)  müraciət edə bilərlər (əlaqələndirici şəxs- Nicat Həsənov). İddiaçılar 1,9,15,18,19,20,26,32,40,45,49,50 və 51-ci lotların hər biri üçün 100 (yüz) manat, 2,3,4,5,6,7,8,14,16,21,23,33,37,39,43-cü lotların hər biri üçün 50 (əlli) manat, 10,11,12,13,17,22,25,27,28,29,30,31,34,35,36,38,41,42 və 44-cü lotların hər biri üçün 40 (qırx) manat, 24 və 47-ci lotların hər biri üçün 30 manat, 48 və 52-ci lotların hər biri üçün 200 (iki yüz) manat, 46 və 53-cü lotların hər biri üçün isə 300 (üç yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, III mərtəbə, İdman şöbəsindən) ala bilərlər.

Bank:Dövlət Xəzinədarlıq Agentliyi

Kod : 210005

M/h: AZ41NABZ01360100000000003944

VÖEN: 1401555071

SWIFT: CTREAZ22

Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

H/h: AZ50CTRE00000000000002147771

VÖEN: 1500171121

Büdcə səviyyəsinin kodu: 7

Təsnifat kodu: 142340

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 30 mart 2018-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 27 aprel 2018-ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə  tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 30 aprel 2018-ci il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında