“Şəhidlər” kitabı yenidən nəşr olunub

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən anım tədbirində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səslənib.

Nazir Səlim Müslümov milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini qırmaq üçün dinc əhaliyə qarşı həyata keçirilən dəhşətli qətliamdan bəhs edib. Sonra bildirib ki, faciənin ertəsi günü ulu öndər Heydər Əliyevin  həmin vaxt xüsusi nəzarət altında olmasına baxmayaraq, ailəsi ilə birgə Moskvadakı daimi nümayəndəliyimizə gələrək sovet rəhbərliyinin Azərbaycan xalqına  qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsi idi. O qeyd edib ki,  20 Yanvarın Ümumxalq Hüzn Günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi tədbirlərinə başlanması da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

 S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirib ki, bu vaxta qədər ƏƏSMN tərəfindən  73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib. Həmin insanlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunurlar. S.Müslümov hər il olduğu kimi, bu il də faciənin ildönümü ilə əlaqədar ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə birdəfəlik maddi yardımlar ayırıb.

Tədbirdə  27 il əvvəl kiril, indi isə nazirliyin dəstəyi ilə latın qrafikasında nəşr olunmuş “Şəhidlər” kitabının təqdimatı olub.

20 Yanvar şəhidlərinin ailə üzvləri, həmçinin “Şəhidlər” kitabının müəllifi, yazıçı-publisist Rafiq Səməndər 1990-cı ilin Yanvar hadisələrindən bəhs ediblər. Onlar Azərbaycanın Milli qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli qəhrəmanlarımız” kitabının yenidən nəşr olunmasına nazirlik tərəfindən dəstək verilməsini yüksək dəyərləndiriblər.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında