Moskvada 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

 

Yanvarın 20-də Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində Bakıda törədilmiş 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə   tədbir keçirilmişdir.

Tədbirdə xarici dövlətlərin səfirləri, Rusiya ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təmsilçiləri və başqaları iştirak etmişlər.

Tədbir iştirakçıları 1990-cı il 20 Yanvar hadisələrinin xatirəsi olaraq  ümummilli lider Heydər Əliyevin səfirliyin foyesindəki barelyefi önünə, həmçinin faciə qurbanlarının siyahısı yazılmış stendin qarşısına çiçəklər düzmüşlər.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tədbirdə çıxış edərək demişdir: “20 yanvar hadisələri bir dönüş nöqtəsi olmuşdur, ondan sonra Sovet İttifaqında çoxları başa düşdü ki, ölkənin rəhbərliyi öz vətəndaşlarını tanklarla əzməyə, əliyalın insanlara atəş açmağa, evləri yandırmağa başlayırsa, onda bu ölkə məhvə məhkumdur. Bu hadisələrdən sonra Bakıda insanlar partiya biletlərini tonqallarda yandırdılar, onlar dərk etdilər ki, belə olmamalıdır”.  

 

1990-cı ilin 20 Yanvar faciəsi haqqında danışan səfir ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmişdir. O demişdir: “Hadisələrin baş verdiyi günün səhəri görkəmli siyasi xadim, Azərbaycan xalqının lideri Heydər Əliyev xəstə olmasına baxmayaraq, ailəsi ilə birlikdə buraya gəlmiş və Sovet İttifaqının rəhbərliyini, o cümlədən Mixail Qorbaçovu cinayətdə ittiham etmişdir. Belə böyük ölkənin rəhbərlərindən birinə bu cür bəyanat vermək üçün Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olmuş şəxsdən böyük cəsarət tələb olunurdu. Bu, Azərbaycan xalqının adından bütün dünyaya səsləndirilən bir bəyanat idi”.

Tədbirdə sənədli film nümayiş etdirilmişdir. Qonaqlar faciənin ildönümü ilə əlaqədar foyedə təşkil olunmuş fotosərgi ilə də tanış olmuşlar.

Tədbirdən sonra ehsan süfrəsi açılmışdır.

Fəridə ABDULLAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Moskva 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında