Səbaillilər 20 Yanvar faciəsinin qurbanlarını yad edirlər

 

 

 

 

20 Yanvar faciəsindən iyirmi dörd il ötür. Xalqımızın qan yaddaşına yazılmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi, paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində də geniş qeyd olunur.

   Səbail Rayon İcra Hakimiyyəti rayonun ictimai təşkilatları, Sosial Müdafiə Fondu, “20 Yanvar” və “Qızıl Aypara” cəmiyyətləri, Veteran Təşkilatları Şurası nümayəndələrinin iştirakı ilə ərazidə yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə “Şəhidlər Xiyabanı”ndakı inzibati binada görüş keçirmişdir. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş sovet ordusu  qarşısına əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olmuşlar. Ümummilli liderimiz Heydər Əliyevin səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Prezident İlham Əliyev də ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxsləri daim himayə edir, onlara verilən təqaüd və müavinətləri artırır.

Başçı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmışdır. 

Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.  

Tədbirin sonunda RİH-in şəhid ailələrinə və əlillərə maddi yardımı, ərzaq bağlamaları  təqdim olunmuşdur.

Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki “Cümə məscidi”ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.

R.TAHİR,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında