Klaypedada Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmişlər

 

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq “Azəris” Azərbaycan İcması Klaypedada   Milli azlıqların mədəniyyət mərkəzində tədbir keçirmişdir.

İcmanın sədri Əliağa Məmmədov rəsmi hissəni açaraq qeyd etmişdir ki, 20 Yanvar Ermənistanın Azərbaycan torpağına iddiaları və bu torpaqda törətdiyi azğınlıqlarla əlaqədar o zamankı sovet rəhbərliyinin son dərəcə qeyri-obyektiv siyasətinə qarşı öz haqq səsini ucaltmış Azərbaycan xalqının tarixində qanlı səhifələrdən biridir.

Toplaşanlar 20 Yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Bakıda 1990-cı ilin 20 Yanvar hadisələri haqqında qısametrajlı sənədli film göstərilmişdir. Tədbirdə icmanın üzvləri çıxış etmişlər.

Əkbər Əliyev qeyd etmişdir ki, faciənin əsas müqəssirləri keçmiş SSRİ rəhbərləri və xüsusən prezident Mixail Qorbaçovdur. O demişdir: “Bununla belə biz bilirik ki, keçmiş SSRİ və Azərbaycan SSR rəhbərliyindən heç kəs yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmamışdır”.

Klaypeda Universitetinin tələbəsi Leyla Zeynalova Bakıya sovet ordusu qoşunlarının yeridildiyi günlərdə Azərbaycan Respublikasının dinc əhalisinin başına gətirilənlərdən danışmışdır. Azərbaycan gənclərinin nümayəndələri öz çıxışlarında demişlər ki, Azərbaycan xalqı ümumi, milli ideyalar naminə birləşməlidir.

Çıxış edənlər bildirmişlər ki, 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Həmin gün minlərlə adam Şəhidlər Xiyabanına gəlib faciə qurbanlarının xatirəsini yad edir, onların məzarları üzərinə çiçək dəstələri düzür. Azərbaycanda rəsmi səfərdə olan şəxslər də Şəhidlər Xiyabanını ziyarət edirlər.

 Nigar HÜSEYNOVA
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında