Azadlıq arzusu sönməzdir!

 

20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə Səbail Rayon İcra Hakimiyyətində müvafiq tədbirlər planı hazırlanmış, muzey və sərgi salonlarında foto sərgilər təşkil olunmuş, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin   ildönümü ilə əlaqədar foto-stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilmişdir.

Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir,  şagird və tələbələrin  “Şəhidlər Xiyabanı”na  ziyarəti təşkil  olunur. Yanvar ayının 17-18-də rayondakı bütün orta məktəblərdə keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilmişdir.

“20 Yanvar” cəmiyyətinin yeni istifadəyə verilmiş qərargahında Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə görüş keçirilmişdir. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş sovet imperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olmuşlar. Ümummilli lider Heydər Əliyev   20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar.

 Natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də  ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğını hər zaman  diqqət mərkəzində saxladığını, onlara verilən təqaüd və müavinətlərin artırıldığını qeyd etmişdir. Rayon icra hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmışdır. 

Şəhid ailələri və əlillər adından çıxış edənlər diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələrinə və əlillərə maddi yardım göstərilmiş və  ərzaq bağlamaları  təqdim olunmuşdur.

Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki “Cümə məscidi”ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında